Əsas Səhifə > Ölkə, Manşet > Mərkəzi Bank daha bir bankın “fətvasını” verməyə hazırlaşır

Mərkəzi Bank daha bir bankın “fətvasını” verməyə hazırlaşır


28-08-2014, 11:56
Mərkəzi Bank daha bir bankın “fətvasını” verməyə hazırlaşır
DİA.AZ: - Oğlu təhsil naziri Mikayıl Cabbarovun müşaviri təyin ediləndən sonra “Odlar Yurdu”nun rektoru, deputat Əhməd Vəliyev yetərincə toxtadı. Artıq onun rəıhbəri olduğu ali təhsil ocağının bağlanmaycağı qətiləşdi. Hər halda Əhməd Vəliyevin “artıq deputatlıqdan yorulmuşam” deməsindən də anlaşılırdı ki, OYU-nu xilas edən deputat, mandatı ilə vidalaşmaq zorundadır.

İndi isə deputatın bankı ilə bağlı müəyyən informasiyalar yayılmaqdadır. Yəni təhsildəki arxayınçılığına rəğmən Əhməd Vəliyev nəzarəti altında olan “MuğanBank”ı da eyni uğrula qoruya bilmir.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, deputatın nəzarəti altında olan «Muğanbank»da işlər qaydasında getmir. Ölkənin bank sistemindəki mövcud vəziyyəti nəzərə alsaq, bu sahədə yaranan qüsurların bir çoxu «Muğanbank»ın adı ilə bağlıdır. Bu günə qədər yüzlərlə vətəndaş bankın yüksək faiz dərəcələrinin əlində aciz qalıblar. Ən yüksək faizlə kredit verən bank rəsmiləri bu yolla müştərilərini bir növ özlərindən asılı vəziyyətə salırlar. Hansısa vətəndaş bir-iki gün kredit borcunun ödənişində gecikməyə yol verəndə isə dərhal onun evinə qolu zorlu şəxslər göndərilir. Həmin şəxslər vətəndaşlara təzyiq göstərərək pulu tələb edirlər.

Əlbəttə, bu, dünyanın heç bir ölkəsində tətbiq edilməyən bir haldır. Bizim bildiyimizə görə, Almaniyada hər hansı banka borcu olan vətəndaş bunu ödəyə bilməyəndə bank rəhbərliyi ona bəzi təkliflər edir. Məsələn, həmin vətəndaşı ya münasib işlə təmin edir, ya da ona borcunu ödəmək üçün əlavə vaxt verir. Yəni «Muğanbank» rəhbərliyinin etdiyi kimi etmirlər. Bankda hökm sürən özbaşına vəziyyət isə birbaşa deputatın adı ilə bağlıdır. Belə ki, bankın müşahidə şurasının sədri, Əhməd Vəliyevin kürəkəni Elmir Mehtiyev qayınatasına arxayın olaraq qanunsuz işlərin cərəyan etməsinə zəmin yaradır.

Dünən etibarlı mənbələrdən DİA.AZ-a daxilolan məlumatlardan anlaşılır ki, Mərkəzi Bank (MB) rəhbərliyi ilə «Muğanbank»ın müşahidə şurasının sədri arasında qalmaqal yaranıb. Mənbənin dia-az.life-a bildirdiyinə görə, bəzi məsələlərdə anlaşmayan Mərkəzi Bank rəhbərliyi «Muğanbank»ın lisenziyasını ləğv etmək istəyir. Hətta deyilənə görə, bununla bağlı banka xəbərdarlıq da edilib. Mənbə deyir ki, deputat hələ ki, məsələyə qarışmayıb: «Amma qarışsa da, bir xeyri olan deyil. Çünki Mərkəzi Bank rəhbərliyi ASC-nin lisenziyasını ləğv etməkdə israrlıdır». Onu da bildirək ki, “Muğan Bank”a ölkənin bank sektorunda ilginc bir ayama da veriblər: “Ölkənin çirkli pullarının “ximçistka”sı”... Hər halda... bu ayama məsələnin nə yerdə olduğunu tam çılpaqlığı ilə ortaya qoyur...

Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.

Geri qayıt