Əsas Səhifə > Ölkə, Manşet > Əhməd Əhmədzadə dövlət vəsaitini necə mənimsəyir? - Su və Meliorasiya ASC-nin sədrini bitirəcək faktlar
Əhməd Əhmədzadə dövlət vəsaitini necə mənimsəyir? - Su və Meliorasiya ASC-nin sədrini bitirəcək faktlar6-08-2014, 14:53 |
Bolgexeber TV bildirir ki,iş adamı Ramiz Cəbrayılovun İHİ şirkəti tərəfindən aldadılması, gördüyü işlərin müqabilində almalı olduğu 334 min manatı ala bilməməsi ilə bağlı yayımladığımız sujetdən sonra əlimizə şok faktlar keçib. Etibarlı mənbədən əldə etdiyimiz infomasiyaya görə, iş adamı Ramiz Cəbarayılova 334 min manat atan İHİ şirkərinin rəhbəri Xaləddin Hüseynov və şirkətin icraçı direktoru Arif Mansurov Su və Meliorasiya ASC-nin sədri Əhməd Əhmədzadəyə yaxınlığı ilə seçilirlər. Ona görə də, şikayətçi Ramiz Cəbrayılovun pulunu qaytarmırlar. Lakin ortada başqa maraqlı faktlar var. Yardımlı rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı sifarişçi olan Su və Meliorasiya ASC demək olar ki, tam səssizliyə qərq olub. Necə ola bilər ki, su və kanalizasiya xətlərini çəkmək üçün sifarişçi dövlət qurumu olsun, ancaq işi görən şəxslərin pulu verilməsin? Nə az, nə çox., düz 334 min manat. Ola bilərmi ki, 334 min manat vəsait Əhməd Əhmədzadənin gözündən yayınsın? Ola bilərmi ki, birbaşa Əhməd müəllimin səlahiyyətində olan böyük bir layihə ilə elə onun özü maraqlanmasın? Və ya İHİ şirkətinin rəhbəri Xaləddin Hüseynov 334 min manatı tək başına yeyə biləcək qədər cəsarəti hardan tapıb? Şikayətçi, iş adamı Ramiz Cəbrayılov bu məsələni Suvə Meliorasiya ASC ilə danışdığını, ancaq onun da bir nəticə vermədiyini bildirdi: Ramiz Cəbrayılov İHİ şirkətinin Yardımlı rayonunda gördüyü keyfiyyətsiz, heç bir satandatrta cavab verməyən işləri haqqında məlumat verdi. Bütün bu məsələlərlər bağlı Su və Meliorasiya ASC-nin sədri Əhməd Əhmədzadənin özü ilə əlaqə saxladıq. O redaksiyamıza açıqlamaısnda bildirdi ki, məsələ araşdırılıb məlumat veriləcək. Ancaq hələ də heç bir məlumat əldə edə bilməmişik. Ramiz Cəbrayılov isə, şikayətində israrlıdır, deyir ki, işçilərinin haqqının qaytarılması, gördüyü işlərin haqqını almaq üçün sona kimi mübarizə aparacaq. Geri qayıt |