Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > "Bakı Gimnastika Arenasınının tikintisində 6 ay işləsək də, 3 ayın maaşını verdilər"

"Bakı Gimnastika Arenasınının tikintisində 6 ay işləsək də, 3 ayın maaşını verdilər"

26-07-2014, 17:20
"Bakı Gimnastika Arenasınının tikintisində 6 ay işləsək də, 3 ayın maaşını verdilər"
Xeyli vaxtdır ki,“Butastone” şirkətinin işçiləri Pərviz Rzayev və Mübariz Tağıyevin Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) şikayət ərizəsi əsasında yazılar dərc edirik.
Qısa xatırlatma üçün bildirək ki, hər iki şəxs şirkətdən öz maaşlarını ala bilməməkdən şikayətlənir.
Şikayətçilər bildirir ki, şirkətin rəhbərliyi Bakı Gimnastika Arenasınının tikintisində işləmək üçün onları bu ilin yanvarın 1-dən işə qəbul edib. Fəhlələrlə heç bir əmək müqaviləsi bağlanılmayıb və fəhlələri gecə saat 2-yədək işlədiblər.
Bütün bunlara Mübariz Tağıyev belə aydınlıq gətirib: “Əmək müqaviləsi olmadan bizimlə birlikdə 10 nəfər işə qəbul olundu. Hərdən bizi məcbur edirdilər ki, gecə saat 2-yədək işləyək. Biz orada 6 ay işləsək də, 3 ayın maaşını verdilər, qalan ayların əmək haqqını isə bu günədək vermirlər. Biz şirkətin direktoru və təsisçisi Namiq Əsədova müraciət elədik. O, bizi kabinetindən qovdu”.

Şikayətçilərin dediyinə görə, “Butastone” şirkəti Azmeco International Finance LLC-nin tərkibinə daxildir. Azmeco International Finance LLC-nin sahibi Namiq Əsədovdur. Onu da bildirək ki, şikayətçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Dövlət Xidmətinə də müraciət ediblər və qurumun reaksiyasını gözləyirlər.
Bütün bunlarla bağlı müxbirimiz şirkətin rəhbəri Namiq Əsədova müraciət edib. Namiq Əsədov bildirib ki: “ Fəhlələrin dedikləri həqiqətə uyğun deyil. Mənə məlum deyil ki, onları işə kim qəbul edib”. Namiq Əsədov onu da bildirib ki: “ Bu şirkətin aksiyalarının 50 faizi mənə məxsusdur. Bu yaxınlarda mən şirkətin direktoru Nadir İbrahimovu işindəki nöqsanlara görə işdən azad elədim və rəhbərliyi öz üzərimə götürdüm. Həmin şikayətçiləri isə Nadir İbrahimov işə qəbul edib.Və onlar bizim şirkətin imicini korlayırlar”.

Keçmiş direktor Nadir İbrahimov isə bildirir ki, “Butastone” şirkəti Bakı Gimnastika Arenasının işlərində iştirak eləməyib, bu işləri “Azmeko” şirkəti həyata keçirib və fəhlələri də məhz həmin şirkət işə qəbul edib.
Baş verənlərlə bağlı Dövlət Əmək Müfəttişliyi ilə də əlaqə saxladıq. Qurumun rəisi Məhərrəm Maxarov bildirdi ki: “Biz məsələni diqqətlə araşdıracağıq. Əgər sübut olunsa ki, fəhlələri əmək müqaviləsi olmadan işlədiblər, böyük cərimə edəcəyik. Əgər fəhlələrin sayı çox olsa, onda cinayət işi qaldırılacaq”.

Bütün bu yazdıqlarımızdan sonra “Butasone” şirkətinin rəhbərliyi öz taktikasını dəyişməyə məcbur olub. Belə ki, şirkətin rəhbərliyi şikayətçi fəhlələrin əksəriyyətinin əmək haqqlarını ödəyib. Bu barədə redaksiyamıza məlumat verən Pərviz Rzayev bildirib ki, şirkətin rəhbərliyi fəhlələrin, o cümlədən şikayətçi Mübariz Tağıyevin maaşını ödəyib.
Pərviz Rzayev onu da bildirib ki, Namiq Əsədov şikayətçilərin sayını azaltmaq istəyir ki, Əmək Müfəttişliyinin cəzasından yayına bilsin.
Baş verənlərlə bağlı digər şikayətçi Mübariz Tağıyevlə əlaqə saxladıq. O, bildirdi ki, mən Namiq Əsədovdan tam əmək haqqımı aldım və onlar məndən yazılı təsdiq tələb elədilər ki, mən daha şikayətçi olmayacam.
Şirkətin direktoru Namiq Əsədov isə müxbirimizlə söhbətində bildirib ki, mənim şirkətimlə kimin əmək müqaviləsi varsa, onların əmək haqqı ödəniləcək, əmək müqaviləsi olmayanlara isə pul ödəmək barədə düşünmürəm...

Geri qayıt