Əsas Səhifə > Ölkə, Manşet > Zakir Həsənov nədən NATO prinsiplərinin qarşısında əngələ çevrildi?

Zakir Həsənov nədən NATO prinsiplərinin qarşısında əngələ çevrildi?


24-07-2014, 12:22
Zakir Həsənov nədən NATO prinsiplərinin qarşısında əngələ çevrildi?
DİA.AZ: - Bir müddət əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahına Müdafiə Nazirliyinin tabeliyindən ayrılmamaq şərti ilə səlahiyyətlərin artırılması, xüsusi əlavə səlahiyyətlər verilməsi barədə xəbər yaıldı.

Milli Məclisdən verilən məlumata görə, bu təklif bir qrup deputat tərəfindən irəli sürülüb. Bu təklifin hərbi qanunvericilikdə, eyni zamanda müzakirəyə çıxarılması gözlənilən “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanunda nəzərdə tutulması istənilir.

Məqsəd müasir standartlara, eyni zamanda NATO standartlarının tələblərinə uyğun olaraq Baş Qərargaha yüksək statusun verilməsi ilə ordu quruculuğu sahəsində keyfiyyət dəyişikliyinə, qüvvələrin daha səfərbər edilməsinə nail olmaqdır. Təkliflər layihəsinin hazırlanaraq “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanunun müzakirəsi zamanı gündəliyə salınması planlaşdırılır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, bir sıra deputatlarla yanaşı, o da bu təklifin əsas müəlliflərindəndir. Sovet stereotiplərinin tam aradan qaldırılmasının vacibliyini bildirən deputat qeyd etmişdi ki, NATO ilə münasibətlərin inkişafı üçün hərbçilərlə hərbi sistemdə çalışan mülki şəxslərin vəzifələrinin tamamilə ayrılması üçün bu məsələ həllini tapmalıdır: “Müdafiə Nazirliyinin sosial-siyasi vəzifələri ilə hərbi qüvvələrin idarə olunması konkretləşməlidir. Bütün NATO ölkələrində ordu quruculuğu bu formadadır. Baş Qərargahın səlahiyyətləri konkretləşməlidir”.

Zakir Həsənov nədən NATO prinsiplərinin qarşısında əngələ çevrildi?

Onu da bildirək ki, yerli ekspertlər hazırda Nəcməddin Sadıqovun rəhbərlik etdiyi baş qərargaha nazirlikdən ayrılaraq əlahiddə səlahiyyətlərin verilməsini birmənalı qarşılamırlar. Qeyd edək ki, zamanında Səfər Əbiyevlə Nəcməddin Sadıqovun münasibətləri gərgin olub. Və Səfər Əbiyevin gedişindən sonra Nəcməddin Sadıqovun hətta yeni nazir – Zakir Həsənovun “sağ əlinə” çevrildiyi də söylənilir. Bu həm də generalların adtıqları addımlarından da aydın şəkildə duyulmaqdadır.

DİA.AZ-a mçəlumat verən mötəbər mənbə isə iddia edir ki, amma buna baxmayaraq Baş qərargaha nazirlikdən ayrıldıqdan sonra kimin rəhbər gətiriləcəyi tam dəqiqləşməyib. Yəni bu gün Nəcməddin Sadıqovun baş qərargaha rəhbərlik etməsi o demək deyil ki, Milli Məclis Baş qərargahı onunla birlikdə müdafiə nazirliyindən ayırır.

DİA.AZ-a bu yöndən daxil olan yeni məlumatlardan isə aydın olur ki, deputatların keçən il qaldırdıqları təşəbbüs birbaşa olaraq müdafiə naziri Zakir Həsənov tərəfindən əngəllənib. Bu xəbəri verən mənbəyə görə, əslində Müdafiə Nazirliyinin rəhbərliyinə gələndən sonra Zakir Həsənov ordumuzun NATO sistemi ilə quruculuğu prosesini də dayandırıb.

Mənbənin dia-az.life-a söylədikləri: “İndi bilinmir ki, Azərbaycan ordusu üçün hansı standart prioritet təşkil olunur. Səfər Əbiyevin dövründə yeganə dəst-xətt NATO prinsipləri idisə, indi sovet dövrünün kadrları da öz maraqlarını diqtə etməkdədirlər. Zakir Həsənovun nəzarəti altında yenidən ənənəvi tərz üstünlük təşkil edir ki, bu da ilk olaraq ordumuzun quruculuğuna zərbədir. Hər halda bu gün Azərbaycanın silah sənayesi də birbaşa olaraq NATO sisteminin tərkib hissəsi olduğundan Zakir Həsənovun hansı dərəcədə problem yaratdığını təxmin etmək o qədər də çətin deyil”.

Mənbənin bildirdiyinə görə, MN şefi öz nüfuzundan istifadə edərək Baş Qərargahın ayrılması ideyasını da gündəmdən çıxarmaşa müvəffəq olub ki, bu da inkişafın əngəllənməsindən başqa bir əhəmiyyəti daşımır.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt