Əsas Səhifə > Ölkə, Manşet > Azərbaycanda korpus komandiri konkret qətldə ittiham olunur
Azərbaycanda korpus komandiri konkret qətldə ittiham olunur21-07-2014, 12:46 |
DİA.AZ: - Hazırda Şəmkir korpusuna komandanlıq edən və zamanında keçmiş müdafiə naziri Səfər Əbiyevlə ədavətdə olan Rövşən Əkbərovla bağlı ilginc faktlar yayılıb. Bu barədə DİA.AZ-ın eletron ünvanına göndərilən məlumatda korpus komandanı konkret olaraq qətldə ittiham olunur. Belə ki, komandanın adı 2001-ci ildə Kiyevdə qətlə yetirilmiş iş adamı Elçin Əliyevlə bağlı işdə hallandırılır. Xatırladaq ki, zamanında belə bir iddianı mərhumun yaxınları da səsləndirmişdilər. Qeyd edək ki, Elçin Əliyevin ölümündən 13 il keçməsinə baxmayaraq, heç kəs həbsə alınmayıb. Mənbənin dia-az.life-a spylədikləri: “Elçin Əliyevin qatili o zaman Kiyevdə hərbi akademiyada oxuyan, hazırda Şəmkir korpusunun komandanı Rövşən Əkbərovdur. Ölümün motivi aydın deyil, amma mərhumla R.Əkbərov arasında “söz-söhbət” olub, bunu onları tanıyanların hər biri təsdiqləyər. Hətta bu faktı, yəni Elçin Əliyevin Rövşən Əkbərov tərəfindən qətlə yetirilməsini o zaman Azərbaycanın Ukraynada müvəqqəti işlər vəkili, indi Diaspor Komitəsinin sədri Nazim İbrahimov da bir dəfə deyib. DİA.AZ-a daxil olan məlumata görə, Elçin Əliyev Kiyevdə iş adamı kimi fəaliyyət göstərib, daha çox Azərbaycana qida məhsulları göndərib: “O zaman Kiyevin mərkəzində ofisi olub, N.İbrahimovla yaxın dost olduğuna görə hətta biznes ofisini səfirliyə verib, özü yeni ofis tutub”. Bildirək ki, Ukrayna Baş Prokurorluğunda bu iş 4 il araşdırılıb, Maraqlıdır ki, mərhumun yaxınlarına Ukrayna Baş Prokurorluğunun keçən ilin may ayında verdiyi cavabda R.Əkbərovun qətl ilə əlaqəli olması təsdiq edilir. Amma buna baxmayaraq 2005-ci ildən sonra iş Bakıya göndərilib, Hərbi Prokurorluq işi araşdırıb və R.Əkbərovun qətllə əlaqəsi olmadığı deyilib. İddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |