Əsas Səhifə > Ölkə, Manşet > Elxan Usubovun yerinə GÖZ DİKƏN VAR

Elxan Usubovun yerinə GÖZ DİKƏN VAR


1-03-2022, 11:58
Elxan Usubovun yerinə GÖZ DİKƏN VAR
DİA.AZ: - Bir neçə rayonun icra başçısının vəzifəsindən alınacağı xəbəri çoxdandır İH başçısı postunda gözü olanların hərəkətə keçməsinə nədən olub. DİA.AZ-a daxil olan məlumatlara görə, Şəkidə də oxşar durumdur və icra başçısı Elxan Usubovun mövqe zəifliyini yaxşı görən başçının birinci müavini Həsən Həsənov artıq Bakıda özünə dayaq axtarmağa başlayıb.

Bildirək ki, buna qədər də Şəkinin icra başçısı Elxan Usubovla, müavini Həsən Həsənov arasında ciddi problem və qarşıdurmanın olduğu haqda KİV-lərdə informasiyalar yayılmışdı. Qeyd olunurdu ki, daxil olan məlumata görə Həsən Həsənov əlindəki bütün imkanları Şəkidə əhalinin başçıdan narazı qalması üçün istifadə edir və hətta şikayətə gələnləri birbaşa Bakıya şikayət etməyə də yönləndirməkdədir.

DİA.AZ-a daxil olan məlumata görə başçının birinci müavini vəzifəsini məşğul edən Həsən Həsənov bu rayonun aparıcı vəzifə sahiblərini ələ alıb və artıq Şəkinin şəriksiz sahibinə çevrilib: “Tək qalanı bu mövqeyini rəsmiləşdirməkdir. İndi də Elxan Usubovun görəvdən alınacağı xəbərini eşitdiyindən, hərəkətə keçib”.

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt