Əsas Səhifə > Ölkə, Manşet > Keçmiş nazirlərimizdən biri ermənilərlə qohum çıxdı
Keçmiş nazirlərimizdən biri ermənilərlə qohum çıxdı17-07-2014, 15:43 |
Dünən qəzetimizin redaksiyasına bir müddət əvvəl işdən çıxarılmış sabiq məmurlardan - keçmiş nazirlərdən biri ilə bağlı şok faktlar daxil olub. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, işdən çıxarıldıqdan sonra bir daha etimad göstərilməyən, yüksək vəzifələrdən heç birinə təyinat almayan keçmiş nazirlərdən birinin yaxın keçmişi qalmaqallarla dolu imiş. Belə ki, sabiq məmurun yaxın keçmişi ilə bağlı gizli sevgi əlaqələri üzə çıxıb. Bu əlaqələr o qədər uzunmüddətli və yaxın imiş ki, keçmiş nazir elə indi də həmin qadınla ünsiyyətdədir. Qəzetimizə verilən xəbərlərə görə, həmin sabiq məmur rus millətindən olan Nataşa adlı qadınla gənc yaşlarında olarkən evlənib. Onlar təntənəli şəkildə ailə qurublar. Lakin sonradan nazir vəzifəsinə təyinat alan sabiq məmur sonradan Nataşa gizli sayılıb. Buna baxmayaraq, tərəflər arasında əlaqələr hələ də var. Belə ki, Nataşa sabiq nazirin - keçmiş məmurun Kalininqrad şəhərindəki biznes şəbəkəsini idarə edir. Məsələ burasındadır ki, keçmiş məmurun arvadının özü də Kalininqrad şəhərində yaşayır. Qəzetimizi bilgiləndirən mənbə iddia edir ki, sabiq nazirin Kalininqrad şəhərindəki biznesinin daha da genişlənməsinə, var-dövlətinin artmasına kömək edən Nataşa keçmiş məmurla tez-tez ünsiyyətdə olur. Məlumatda o da bildirilir ki, həmin nazirin vəzifəyə təyin etdiyi bəzi şəxslər zamanında Nataşa ilə anlaşırmışlar. Hətta məlumatda o da bildirilir ki, Nataşanın atası milliyyətcə ermənidir. Deyilənə görə, Nataşanın hər bir sözü keçmiş nazir üçün qanun şəklini alırmış. Məlumatda o da bildirilir ki, keçmiş nazirlə Nataşanın arasında soyuqluq yaranan kimi «Səni axtarıram» verilişinə çıxacam deyərək, keçmiş naziri təşvişə salırmış. Mənbənin həmin eks-nazirin biznes obyektləri, ortaqları, burada olan mülkləri haqqında və Nataşanın sirləri haqqındakı yazılarımızı növbəti sayımızda dərc edəcəyik. \\ gundelik-bakı \\ Geri qayıt |