Əsas Səhifə > Ölkə / Manşet > Elmar Vəliyev Gəncə sakinlərinə qasırğanı bir neçə dəfə yaşadır

Elmar Vəliyev Gəncə sakinlərinə qasırğanı bir neçə dəfə yaşadır


27-06-2014, 12:01
Elmar Vəliyev Gəncə sakinlərinə qasırğanı bir neçə dəfə yaşadır
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Gəncədə bir müddət əvvəl baş verən qasırğa yerli məmurlar üçün əlavə qazanc yerinə çevrilib. Təsəvvür edin, dövlət büdcəsindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün yetərincə pul ayrılsa da, deyəsən, Gəncə şəhər icra hakimiyyətin həmin vəsaiti xərcləmək fikrində deyil. diaaz.space-a daxil olan informasiyalardan belə aydın olur ki, fəlakətin fəsadlarını icra başçısı Elmar Vəliyev В«yerli imkanlarВ» hesabına aradan qaldırmağı düşünür.

Bu barədə yaydığımız xəbərdə vurğulanırdı ki, birbaşa olaraq Elmar Vəliyevin tapşırığı ilə Gəncənin büdcə təşkilatlarında çalışanlardan, habelə gəncəli sahibkarlardan В«fəlakət puluВ» töycüsü yığılmaqdadır.

DİA.AZ-a daxil olan son informasiyada qeyd olunur ki, artıq qocaman Gəncəyə Ana Təbiətin vurduğu В«yaraların üstü bağlansa daВ», icra hakimiyyəti adından В«fəlakət puluВ» yığımı dayanmaq bilmir ki, bilmir.

Mənbənin söylədikləri: В«Ana Təbiət Gəncəyə qasırğanı bir dəfə yaşatdı, amma Elmar Vəliyev iki həftədir ki, Gəncədə qasırğa kimi kükrəyib В«fəlakət puluВ» yığır. Artıq canımız boğazımıza yığılıb. Biz bir qrup sahibkar Elmar Vəliyevin əlindən Azərbaycandan qaçmağı düşünürükВ».

İddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt