Əsas Səhifə > Ölkə, Manşet > «Məmurlar var ki, davamlı olaraq vəhabilərə madii yardımlar edir - Bəlkə də araçıdır»

«Məmurlar var ki, davamlı olaraq vəhabilərə madii yardımlar edir - Bəlkə də araçıdır»


19-05-2014, 10:48
«Məmurlar var ki, davamlı olaraq vəhabilərə madii yardımlar edir - Bəlkə də araçıdır»
DİA.AZ: - «Azərbaycanda vəhabilərin böyük əksəriyyəti işsiz olsa da, onlar kifayət qədər təminatlı həyat yaşayırlar. Bu da təsadüfi deyil. Çünki vəhabiliyin müqabilində həqiqətən də yaxşı maddi təminat var». Bu ilginc açıqlama DİA.AZ-a göndərilən müraciətdə yer alıb. Müraciət miüəllifi olan Bakı sakini Heydər Səmədov (ad şərtidir -red.) bildirir ki, o, əvvəllər vəhabilərlə bir sırada dayanıb:

«Amma onların əsl məramlarını yaxşı bildiyimdən və həm də dövlətimi sevdiyimdən uzaqlaşmaq qərarı verdim. İki aydır onlardan uzacağam. Doğrudur, bu müddət ərzində mənə müxtəlif yollarla təzyiqlər etmək istəyiblər. Amma çox məlumatlı olduğumdan, mənə təzyiqlərini dayandırıblar. Bu da məni arxayın salmır. Çünki hər an həyatım təhlükəyə düşə bilər. Onlar mənim kimi məlumatlı bir adamı bu qədər yaşatmazlar».

Keçmiş vəhabi bildirir ki, zamanında həm inanc və həm də ehtiyac onu vəhabilərə qoşulmağa vadar edib: «Bu adamlar hər zaman maddi baxımdan təminatlı olurlar. Pul problemi yoxdur. Problem olanı çevrənin böyüdülməsi, sıranın genişləndirilməsidir. Son vaxtlar isə Əfqanıstana, Suriyaya və başqa ünvanlara döyüşə adam cəlb etmək problemi yaranmışdı».

Vəhabilərin haradan qidalanmasına gəlincə isə mənbə iddia edir ki, Küveyt və Səudiyyə Ərəbistanının adı var: «Onlar Bakıdan maliyyələşirlər. Bakıda onlarla obyekt var ki, bu gün vəhabilər oradan pul götürür. Bunu dövlətin müvafiq qurumları da yaxşı bilir. Amma nədənsə heç bir tədbir görülmür. Hətta məmurlar da var ki, vəhabilərə plu ötürür. Ola bilsin ki, həmin məmurlar elə araçılardır».

Onu da bildirək ki, keçmiş vəhabi olan Bakı sakini çox ilginc faktları da təqdim edib. Bu barədə daha geniş bilgiləri yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt