Əsas Səhifə > Ölkə, Manşet > Hacıbala Abutalıbovun vəzifədən alınacağı haqda şaiyələr yayıldı

Hacıbala Abutalıbovun vəzifədən alınacağı haqda şaiyələr yayıldı


13-05-2014, 11:09
Hacıbala Abutalıbovun vəzifədən alınacağı haqda şaiyələr yayıldı
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovu "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hacıbala İbrahim oğlu Abutalıbov "Şərəf" ordeni ilə təltif edilsin.

DİA.AZ bildirir ki, artıq Azərbaycanda belə bir ənənə formalaşıb ki, hansısa məmur mükafatlanırsa, onu vəzifəsindən alırlar. Elə buna görə də sosial şəbəkələrdə artıq Hacıbala Abutalıbovun yola salınacağı haqda statuslar yenidən artmağa başlayıb. Səbəbsə… məlum olduğu kimi, prezidentin Bakı merini ordenlə təltif etməsidir.

Bununla bağlı dia.az-a açıqlama verən hökumət içindəki mənbə bildirir ki, sosial şəbəkələrdə formalaşan qənaət yanlışdır. Mənbənin söylədikləri: «Hacıbala Abutalıbovu görəvdən almırlar. O, vəzifəsində qalacaq. Belə bir söhbətlərin yayılması şaiyədir. Əksinə, Hacıbala Abutalıbov Gül Bayramını uğurlu şəkildə yola verib və dövlət rəhbərliyi ondan razı qalıb».

Geri qayıt