Əsas Səhifə > Ölkə / Manşet > “Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB?
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB?Bu gün, 09:55 |
"DİA-AZ" xatırladır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib. "DİA-AZ" bildirir ki, amma indi aydın olur ki, “Naxçıvanbank”da saxlanılan vəsaitin əhəmiyyətli hissəsi "YOXA ÇIXIB. "DİA-AZ"a danışan məlumatlı mənbə iddia edir ki, “Naxçıvanbank”dakı pulun əhəmiyyətli hissəsi - 1.2 milyard manatlıq vəsait şübhəli şəkildə yoxa çıxıb. Mənbə iddia edir ki, əslində həmin pullar Naxçıvanda Talıbovların fəaliyyətləri boyunca mənimsədikləri - əslində Naxçıvandan oğurladıqları pullar olub: "Amma həmin pullar geriyə - Naxçıvanın büdcəsinə qaytarılmadı, heç ümumi Azərbaycan büdcəsinə də qaytarılmadı... hara yoxa çıxdı... rəsmən elan olunmur..." Məlumatı verən mənbə bildirir ki, əslində bu vasit Naxçıvanın özünə xərclənməli idi: "Nəinki bu vəsaitə əl qoyuldu, hətta Naxçıvanın əvvəlki büdcəsi - 450 milyon manatdan 380 milyon manata qədər azaldıldı ki, bu da əslində birbaşa olaraq əhalinin sosial rifahına mənfi təsirini göstərdi..." Qeyd edək ki, həmin 1.2milyard manatın aqibəti ilə bağlı müxtəlif fərziyyələr də var. Bu barədə növbəti yazımızda ətraflı danışacağıq. Bizi izləyin... Geri qayıt |