Əsas Səhifə > Ölkə, Manşet > Prezident komandasında hansı dəyişikliklər gözlənilir - Yeri diskomfort olan məmurlar

Prezident komandasında hansı dəyişikliklər gözlənilir - Yeri diskomfort olan məmurlar


6-05-2014, 11:27
Prezident komandasında hansı dəyişikliklər gözlənilir - Yeri diskomfort olan məmurlar
DİA.AZ: - «Prezident öz komandasında bir sıra islahatlar aparacaq. Artıq bunun müəyyən konturları da görükməkdədir». Bu açıqlamanı DİA.AZ-a verən hökumət içindəki mötəbər mənbə iddia edir ki, ilk baxışdan ənənəvi hakimiyyət komandasının mövqelərinin möhkəmləndiyi təəssüratı yaransa da, bu, heç də tam olaraq belə deyil.

Mənbə dia-az.life-a açıqlamasında bildirir ki, məsələn, ənənəvi iqtidar fiqurlarından olan nəqliyyat naziri Ziya Məmmədov artıq yol üstündədir: «Ona qarşı ümumi bir inamsızlığın olduğu ortadadır. Ziya Məmmədov məlum «qırmızı xətti» keçdiyindən bu aralarda o, yalnız hesabat verməklə məşğuldur və bu hesabat daha çox təhvil-təslim prosesini xatırladır».

Məlumata görə, Ziya Məmmədovun bu şəkildə hədəfə çevrilməsi onun xüsusi ambisiyalarla çıxış etməsinin nəticəsidir: «Ziya Məmmədov açıq şəkildə Prezident Administrasiyasının rəhbərliyi uğrunda savaşa qatıldı. Və hətta bu məqsədlə şəbəkə formalaşdırmağa da cəhd etdi. Nəticədə məğlub oldu, indi isə onun yola salınması gözlənilir».

Digər dəyişdiriləcə fiqurlardan birinin gənclər və idman naziri Azad Rəhimovun olduğunu iddia edən mənbə eyni zamanda Əbülfəs Qarayev, Etibar Pirverdiyev kimi məmurların da mövqelərinin kifayət qədər oynaq olduğunu qeyd edib: «Onlarla bərabər Qərib Məmmədov, Məleykə Abbaszadə və daha bir neçə iqtidar mənsubu özünü hazırki kürsüsündə diskomfort hiss etməkdədir».

Geri qayıt