Əsas Səhifə > Ölkə, Manşet > Qərib Məmmədovla Fikrət Məmmədovun arasında torpaq qalmaqalı yaşanılır
Qərib Məmmədovla Fikrət Məmmədovun arasında torpaq qalmaqalı yaşanılır1-05-2014, 12:16 |
DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla bağlı yeni xəbər yayılıb. Hökumət içindəki məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, bir müddət əvvəl qanunsuz olaraq torpaqlarla bağlı qərarlar verən bələdiyyələri hədəfə alan komitə sədri ilə ədliyyə naziri Fikrət Məmmədov arasında gərginlik var. Mənbənin dia-az.life-a söylədikləri: «Məlumdur ki, ədliyyə nazirliyindən xüsusi bir qrup var ki, bu gün bələdiyyələrin torpaq alverindən hər il külli miqdarda gəlir götürür. Son aylarda isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bələdiyyələrə ciddi maneələr yaratmaqdadır. Bu isə ədliyyə nazirinin işə müdaxiləsinə gətirib çıxarıb. Və nəticədə Qərib Məmmədovla Fikrət Məmmədov üz-üzə gəliblər». Mənbənin iddialarına görə, bu günlərdə Nazirlər Kabinetinin toplantısında da bu məsələ komitə sədri tərəfindən qaldırılıb və eyhamla ədliyyə nazirinin fəaliyyəti tənqid olunub. Bu fakt da aradakı gərginliyi daha da artırıb. Geri qayıt |