Əsas Səhifə > Ölkə, Manşet > Bu həftə iki mühüm postla bağlı şok dəyişiklik qərarı verilə bilər

Bu həftə iki mühüm postla bağlı şok dəyişiklik qərarı verilə bilər


28-04-2014, 10:55
Bu həftə iki mühüm postla bağlı şok dəyişiklik qərarı verilə bilər
DİA.AZ: - «Bu həftə iki mühüm postla bağlı qərar verilə bilər». Bu məlumatı DİA.AZ-a verən hökumət içindəki etibarlı mənbə adları çəkməsə də, bildirdi ki, artıq iki nüfuzlu məmurla bağlı qərar hazırdır və bu həftə həmin qərar rəsmiləşdirilə bilər.

DİA.AZ xatırladır ki, son günlər nəqliyyat naziri Ziya Məmmədovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, «Azenerji» prezidenti Etibar Pirverdiyevin və daha bir neçə iri ranqlı məmurun hədəfə çevrildiyi müşahidə olunmaqdadır. Və çox güman barələrində verilən qərarın rəsmən elan olunması da məhz qeyd etdiyimiz şəxsləri əhatə edəcək.

Məlumatı verən mənbə yalnız bunu əlavə edib ki, yaxın günlərdə baş verəcək dəyişik həmçinin böyük səs-küylü olaylarla da müşaiyət olunacaq: «Hətta kimlərinsə obyektlərinin bağlanması, kimlərinsə həbs olunması da baş verəcək».

Geri qayıt