Əsas Səhifə > Ölkə, Manşet > İsmət Abbasov baş nazirin müavini postunda çox otura bilməyəcək
İsmət Abbasov baş nazirin müavini postunda çox otura bilməyəcək14-04-2014, 10:57 |
DİA.AZ: - Son günlər İsmət Abbasovun kənd təsərrüfatı nazirliyindəki kadrlarının başı rəsmən cəncəldədir. Artıq onlardan bəziləri həbs olunub, onlarla məmur isə yeni nazir tərəfindən işdən alınıb. Prosesin bundan sonra da davam edəcəyi də gözləniləndir. Elə keçən həftə bu barədə verdiyimiz informasiyada da qeyd etmişdik ki, bu hadisələr nəhayətdə İsmət Abbasovun özünü nişangaha gətirəcək. Məlumatlı mənbələrdən DİA.AZ-a verilən son xəbərə görə isə, artıq İsmət Abbasovla bağlı «yuxarıların» icazəsinin alınması üçün hərəkətə keçilib. Məlumatı verən mənbə iddia edir ki, bu icazə hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovla bağlı hüquqi addımların atılması üçündür: «Keçən ilin prezident seçkilərindən sonra nazir postunu itirsə də, baş nazirin müavini olmağa müvəffəq olan İsmət Abbasov qurtulduğunu zənn edirdi. Amma boşundan… Çünki bu gün ona qarşı çox ciddi dəlillər danışır və söhbət onun nazir olduğu dönəmdə 50 milyon manata yaxın büdcə vəsaitinin mənimsənilməsindən gedir». Mənbə dia-az.life-a bildirir ki, İsmət Abbasova qarşı hərəkətlənmə üçün razılığın veriləcəyi ehtimalı olduqca yüksəkdir: «Bu da keçmiş kənd təsərrüfatı nazirinin hazırki vəzifəsindən - baş nazirin müavini vəzifəsindən alınacağını da zəruri edəcək». Onu da xatırladaq ki, artıq həbs olunmuş sabiq «Aqrolizinq» əməkdaşlarından birinin keçmiş nazirə qarşı ifadə verdiyi də iddia olunur. Geri qayıt |