Əsas Səhifə > Ölkə, Manşet > Ərdoğanı Bakı səfəri öncəsi şok gəlişmələr - Səfirliyin işçisi və tanınmış iş adamı üsyan etdi

Ərdoğanı Bakı səfəri öncəsi şok gəlişmələr - Səfirliyin işçisi və tanınmış iş adamı üsyan etdi


4-04-2014, 11:24
Ərdoğanı Bakı səfəri öncəsi şok gəlişmələr - Səfirliyin işçisi və tanınmış iş adamı üsyan etdi

DİA.AZ: - Məlum olduğu kimi, bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Bildirək ki, qəfil səfər kimi xarakterizə olunan Ərdoğanın Bakıya gəliş səbəbləri ilə bağlı müxtəlif versiyalar həm yerli və həm də xarici KİV-lərdə bir neçə gündür ki, dövriyyəyə buraxılmaqdadır.

Versiyalardan birində deyilir ki, Ərdoğan Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanması üçün Bakı yolunu tutub və bu da Rusiyanın Krımı işğalından sonra regionda yaranmış situasiyadan doğan bir zərurətdir. Yəni ehtimal olunur ki, Krımın ardından Rusiya GUAM dördlüyündəki digər 3 dövləti - Moldova, Gürcüstan və Azərbaycanı da oxşar şəkildə hədəfə alacaq. Eyni zamanda artıq Qərb də Rusiya ilə fərqli dildə danışmaq niyyətindədir ki, bu da GUAM ölkələrinin təzhlükəsizlik tədbirlərinin gücləndirilməsini vacib şərtə çevirib.

Digər bir versiyaya görə isə Ərdoğanın Bakı səfəri türkiyəli baş nazirin siyasi problemilə birbaşa bağlıdır. Belə ki, son aylarda və həm də Türkiyədə keçirilən son bələdiyyə seçkilərində Ərdoğan və onun lideri olduğu Ədalət və Qalxınma Partiyası (AKP) başında Fətullah Gülənin dayandığı nur cameəsi tərəfindən ciddi şəkildə hədəfə alındı. Dünənə qədər eyni səngərdə dayanan Ərdoğanla Gülənin arası elə bir şəkildə açılıb ki, hətta Ərdoğan ərki çatan dövlət başçılarından da nurçuların imkanlarının məhdudlaşdırılması üçün xahişlərdə bulunur və onlardan biri də Azərbaycandır. İkinci versiyaya görə, Ərdoğan Azərbaycan hakimiyyətindən nurçulara qarşı daha da sərt davranılmasını xzahiş edəcək.

Ərdoğanı Bakı səfəri öncəsi şok gəlişmələr - Səfirliyin işçisi və tanınmış iş adamı üsyan etdi

DİA.AZ isə bu arada maraqlı bir informasiya əldə edib. Diplomatik qaynaqlardan redaksiyamıza ötürülən məlumatda bildirilir ki, türkiyəli baş nazirin Bakı səfərinə həqiqətən də Azərbaycandakı nurçular böyük təşvişlə yanaşırlar.

Məlumatı verən mənbə iddia edir ki, hazırda Azərbaycanda çalışan və böyük layihələrin icrasını həyata keçirən nüfuzlu şirkətlərdən birinin başçısı Ərdoğanın səfərilə bağlı təşkil olunacaq törənə rəsmi Bakı tərəfindən dəvətli olsa da, bu dəvəti qəbul etməyib.

Bu, hələ harasıdır? Məlumatı verən mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yüksək ranqlı əməkdaşlarından biri də protokol qaydalarına zidd olaraq Ərdoğanın Bakıda qarşılanmasında və müşaiyətində iştirakdan imtina edib.

Ərdoğanı Bakı səfəri öncəsi şok gəlişmələr - Səfirliyin işçisi və tanınmış iş adamı üsyan etdi

Hər halda, həmin diplomatın rəsmi Ankara tərəfindən sərt formada cəzalandırılacağı şübhəsizdir. Amma burada diqqətçəkici bir məqam var ki, o da Ərdoğan-Gülən gərginliyinin Bakıya daşınmasıdır… Özü də ciddi təzahürlərlə…

Geri qayıt