Əsas Səhifə > Ölkə, Manşet > Deputatın şirkəti SAXTAKARLIQ EDİR?
Deputatın şirkəti SAXTAKARLIQ EDİR?14-08-2024, 11:24 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Mütəmadi monitorinqlər nəticəsində surəti köçürülmüş IMEI kodlar aşkarlanaraq onlara “klon” statusu verilir. “Klonlaşdırılmış” IMEI kodlarla istifadə olunan cihazlara məhdudiyyət tətbiq olunur. Dia-az.İnfo xəbər verir ki, mübarizə tədbirləri çərçivəsində bu günədək 22 935 IMEI koda “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan əvvəlki 3 ayda 1 558 527 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla bu günədək 1 097 702 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”un Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində dövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir. Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyən şəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçirilmiş cihazların IMEI kodlarının surətini yenilərinə köçürərək onların satışını həyata keçirirlər. Alıcı isə bu prosesdən məlumatsız olduğu üçün sonradan cihaza tətbiq olunan məhdudiyyətlə üzləşir. Bu cür hallarla qarşılaşmamaq üçün mobil cihaz alarkən mütləq IMEI kodunun orjinallığını yoxlamaq tövsiyə olunur. Yoxlamanı “portal.rinn.az” saytında pulsuz həyata keçirmək mümkündür. Bunun üçün cihazın ekranında *#06# yığaraq çıxan kodu kopyalayıb saytda “IMEI yoxlama” hissəsinə yapışdırmaq və “yoxla” düyməsini sıxmaq kifayətdir. Dia-az.İnfo bildirir ki, amma bu rəsmi xəbərdarlıqdan məlumatsız olan yetərincə vətəndaş var və onlar artıq zərər çəkməyə başlayıblar. Elə aşağıda təqdim edəcəyimiz şikayət müraciətindən də aydın olur ki, başında deputat Elnur Allahverdiyevin dayandığı "Kontakt Home"un satdığı telefonlarda belə IMEI kodlar klon olub. Beləliklə... İlkin Kazımov adlı sosial şəbəkə istifadəçisi 3 il əvvəl aldığı telefonda bu gün problemin çıxmasından gileylənir. O, "Müştəriyəm Şikayətim Var" qrupundakı müraciətində yazır: "Şikayətim "Kontakt Home"dandır... 2021-ci ildə Kontakt Home -dan ödəniş edərək iPhone 11 almışam. Son iki ayda eSim istifadə edirəm. Dünən telefonumda şəbəkə yoxa çıxdı və dərhal Bakcell ilə əlaqə saxladım. Onlar bildirdilər ki, problem Kontakt Home’dadır - IMEI2 qeydiyyatdan keçməyib. Bu nə cür məsuliyyətsizlikdir anlamıram! Telefonuma zənglərin çatmaması mənə ciddi problemlər yaradır. Kontakt Home’dan aldığım geri dönüş isə daha da gülməlidir - ayın axırına qədər proses icra olunacaqmış. Telefon alarkən Kontakt Home-u seçməməyimə bir daha əmin oldum! Sizlərə də məsləhət görmürəm..." Geri qayıt |