Əsas Səhifə > Ölkə, Manşet > Təhsil sistemində VAKANSİYA KORRUPSİYASI

Təhsil sistemində VAKANSİYA KORRUPSİYASI


7-08-2024, 10:21
Təhsil sistemində VAKANSİYA KORRUPSİYASI
"Ölkədə faktiki minlərlə vakant iş yerləri gizlədilir. Bu özü korrupsiyadır". Bu barədə Dia-az.İnfo-ya göndərilən, Babək adlı müəllifin məaqləsində deyilir. Məaqlədə daha sonra bildirilir:

"Düşünürəm ki, ölkə başçısı özü bilir ki , ölkəmizdə ən böyük problem işsizlikdir. Və ölkə başçısı şəxsən bu işə qarışmalıdır. Vakansiyaların gizlədilməsini ölkəsini zərrə qədər sevənlər təsdiqləyə bilərlər. Aşağıdakı hallarda vakansiyalar gizlədilir.

1) Bir çox məktəblərdə fənn müəllimlərindən haqq alınaraq vakant yerlər gizlədilir, onların balları az olduqları üçün haqq verirlər ki, yeni müəllim gəlməsin və daha çox maaş alsınlar.
2)Vakant yer ona görə gizlədilir ki, müəllimlərin dərs yükü çox olsun , onların adına yazılan evdə təhsil, fakültətiv və dərnəkləri direktor müəllimlərlə rahat bölə bilsin, yəni müəllimin saatı az olsa, o az maaş alaraq direktora aylıq verən deyil. Direktor müəllimə deyir ki, sənin balın buna imkan vermir, şəraiti mən yaradıram və müəllim də aylıq verməyə razı olur, müəllim razı olmasa , həmin saatlar vakant çıxardılar.
3) Direktorlar ona görə vakant yerləri gizlədirlər ki , onların qanunsuzluqları müəllimlər tərəfindən işıqlandırılmasın, yoxsa məktəbin neqativliklərini bütün ölkə biləcək.
4) Elə məktəblər var ki, ixtisasdan 90+ faiz bal toplayan müəllim 1 aklad dərs istəyir ,cavandır, müəyyən problemi olduğundan, ailəsinə əlavə vaxt ayırmaq üçün saatdan imtina edir ,amma yerdə qalan 30+ saat ixtisasdan 50 faizdən az bal toplayan müəllimə verilir . Həmin saatı direktor müddətli müqavilə ilə vakant çıxarda bilər, amma saxtakarlıq edərək vakant çıxartmır. İdarə istəsə 3 c proqramı ilə bu halı müəyyən edə bilər, amma maliyyə sektorunun saxtakarlığı buna imkan vermir.Maraqlısı budur ki, 29 bal toplayan müəllim işindən azad edilir, 20-25 bal toplayan müəllim 1000+ manat maaş alır. Budurmu təhsildə güzəşt etməmək?
5) Təbiət fənni və həyat bilgisi fənni konkret olaraq məktəblərdə düzgün bölünmür, kim güclüdürsə, çox zaman bu şəxslərə bu saatlar verilir. Bölünmə siniflərdə olan saatlar gizlədilərək vakant çıxardılmır. Dərnək , fakültətiv və evdə təhsil , ümumiyyətlə, dərsi bölgüsünə aid edilmir. Axı bunar da saatdır , bu saatlara görə də dövlət pul ödəyir ,bu saatların buynuzu yoxdur.
6) Müəllim ixtisasdan 50 faiz toplamadığı halda o müəllimə 30+ saat verilir ,amma 6-10 saat arası vakant çıxardılır ,nəticədə o məktəbə kimsə gəlmək istəmir. 6-10 saat vakansiyaya çıxartmaq bu deməkdir ki, bura kimsə müəllim işləməyə gəlməsin. Bu hal özü vakansiyanın gizlədilməsi deməkdir.
Nəticədə nə olursa, ölkənin gələcəyinə olur. Dünya kosmosa daha tez bir zamanda sürətlə çatan raket axtarışındadır, biz isə yiyəsiz qalan təhsili düşünürük, düşünürük ki, necə edək ki, uşaqlarımız məhv olmasın. Biz müəllim olaraq bu gün vakant yerlərin gizlədilməsinin yox, əmək haqların artırılmasını istəməliyik.

P.S.Bəzi işində düz olan direktorlar vakant yerləri açıq paylaşırlar, vakant yerləri gizlətmirlər, bu onların təhsil fədaisi olmasının göstəricisidir, onlara təşəkkür edilməlidir, Tanrı onları qorusun... Vakansiyanın gizlətmək korrupsiyadır.Bu cinayətdir. Düşünürəm ki, LARTİ və digər idarələr öz ərazisində belə halı müəyyən edərsə, ciddi addımları atmağa borcludur. Ciddi addım atmayacaqlarsa, ölkənin gələcəyinə qarşı olmasını göstərmiş olurlar..."

Geri qayıt