Əsas Səhifə > Ölkə, Manşet > Qubada sakinlər ÇARƏSİZ DURUMDA...
Qubada sakinlər ÇARƏSİZ DURUMDA...10-07-2024, 11:13 |
"Qubada Sahil qəsəbəsində uzaqbaşı gün ərzində 14 saat su verirlər..." Dia-az.İnfo bildirir ki, bu barədə Sevda Salahzadə adlı sakin giley edir. Narazı vətəndaş isti yay günlərində su sarıdan çəkdikləri problemin təkcə məhdudiyyətlə əlaqədar olmadığını da qeyd edir. Quba sakini bildirir: "Amma son 2 gündür ki axsam saat 7-dən sonra suyun təzyiqi həddsiz dərəcədə azalır, saat 8-də isə tam kəsilir. Bir də ertəsi gün səhər 8-in yarısı suyu verirlər. Amma bununla belə, 15 manat su pulu yazır. Niyə? Bu nədən belədir? Artıq camaat yorulub. Hara şikayət edirsən eşidən də yoxdur..." Geri qayıt |