Əsas Səhifə > Ölkə, Manşet > ADAU-da KOLXOZ ÜSUL-İDARƏSİ... DAVAM EDİR...
ADAU-da KOLXOZ ÜSUL-İDARƏSİ... DAVAM EDİR...8-07-2024, 10:42 |
"Bir neçə gündür ki, sosial şəbəkələrdə Şəlalə Zeynalovanın Azərbaycan Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər tirajlanır". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir. Məaqlədə daha sonra bildirilir: "Məlumat üçün bildirmək istəyirik ki, Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir. Digər tərəfdən dekan seçki prosesində seçilməlidir, daha rektor Zəfər Qurbanovla hələ Bakıda işləyərkən aralarında olan macəralara görə təyin olunmur. Bu nə biabırçılıqdır??? Kim hansı rəhbər vəzifəyə təyin olunursa, dərhal oranı talamağa, ağlına gələn qərarları verməyə və oranı ata mülki kimi istədiyi formada idarə etməyə başlayır. Maraqlıdır ki, Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verdi. Həm də bu xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də götürdü. Zəfər Qurbanov öz maraqları xatirinə bir-birinə uyğun gəlməsə belə müxtəlif kafedraları birləşdirir. Məlumdur ki, "Meşəçilik" kafedrası çox spesifik bir kafedradır. Bu gün bütün dünyada qlobal istiləşmə prosesi gedir. Onun qarşısının alınması, ekoloji tarazlığın qorunması, torpaq sürüşmələri, yağıntıların miqdarının artması, sel, daşqın və s-in qarşısının alınmsı üçün meşələr çox vacibdir. Bu kafedraya isə ulu öndər Heydər Əliyevin göndərişi ilə Rusiyada təhsil almış, keçmiş İttifaq miqyasında tanınmış insan Vidadi Səmədov rəhbərlik edirdi. Vidadi Səmədov tələbələr ttərəfindən sevilən, savadlı və həddindən artıq tələbkar müəllimdir. Zəfər Qurbanovun özbaşınalıqlarına etiraz etdiyi üçün rektor onun rəhbərlik etdiyi kafedranı ləğv edərək korrupsioner, adı saxta diplom satışı və saxta tələbə qəbullarında hallandırılan Musa Bayramovun kafedrasına birləşdirdi. Eləcə də "Texniki mexanika" və "Maşın mühəndisliyi və standartlaşdırma" kafedraları da bir-birinə uyğun gəlməsə də Zəfər Qutbanov tərəfindən birləşdirilməyə məruz qalıb. Habelə, "Elektroenergetika" və "Elektrik mühəndisliyi" kafedraları da birləşdirilib. Birləşdirilən kafedralr üçün müdirlik vəzifəsi auksiona çıxarılb. Hərrac kimi kim çox pul versə, müdir vəifəsinə də o seçiləcək..." DAVAMI VAR... Geri qayıt |