Əsas Səhifə > Ölkə, Manşet > Saatlıda hər zaman partlaya biləcək RUS BOMBASI – Prezident seçkiləri ərəfəsi Putinlə anlaşma olmasaydı

Saatlıda hər zaman partlaya biləcək RUS BOMBASI – Prezident seçkiləri ərəfəsi Putinlə anlaşma olmasaydı


22-03-2014, 11:46
Saatlıda hər zaman partlaya biləcək RUS BOMBASI – Prezident seçkiləri ərəfəsi Putinlə anlaşma olmasaydı
DİA.AZ: - Hələ bir müddət əvvəl Saatlı rayonunda baş verən məmur özbaşınalığı ilə bağlı ilginc faktları diqqətinizə təqdim etmişdik. İndi isə DİA.AZ-a yeni informasiyalar daxil olub. Rayondakı qaynaqların bildirdiyinə görə, icra başçısı Siraqəddin Cabbarov rayonda bir sıra mühüm obyektləri və hətta dövlət vəzifələrini belə Rusiyayada yaşayan iş adamı Əlizaman Rəhimova rəsmən satıb. Hətta bu alqı-satqı nəticəsində Saatlıda bir neçə obyektə sahiblənən Əlizaman Rəhimov, eyni zamanda bacısı oğlunu rayon icra hakimiyyətində şöbə müdiri vəzifəsinə belə təyin etdirib.

Qeyd edək ki, Əlizaman Rəhimov barəsində buna qədər də məlumatlar dövrü mətbuatda yer alıb. Hətta son prezident seçkilərində bu adam hakimiyyətin əleyhinə Kreml tərəfindən formalaşdırılan, cəmiyyət arasında “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqına da qoşulmuşdu. İndi isə Əlizaman Rəhimovun yenidən Saatlıda mövqe davasına çıxdığı aydın olur. Qeyd edək ki, onun bir qardaşı - Xəqani Rəhimov 1993-cü ilə qədər məhkəmə hakimi vəzifəsində çalışsa da, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycandan qaçaq düşüb. Onun mərhum prezidentə qarşı məhkəmə işində fəallıq etməsi səbəbindən bu addımı atmaq zorunda qaldığı deyilir.

Digər bir mətbu orqan isə Siraqəddin Cabbarovla Xəqani Rəhimovun dostluq əlaqələrindən yazmaqla yanaşı, Siraqəddin Cabbarovun qardaşının zamanında AXC iqtidarının spikeri - o zamanlar Ali Sovetin sədri olan İsa Qəmbərin mühafizə xidmətinin rəisi olduğunu yazır. Hər halda, bu kimi əlaqələr bu gün redaksiyamızın əldə etdiyi ilginc bir faktın da kifayət qədər əsaslı olmasını ortaya çıxarır.

DİA.AZ-a daxil olan məlumatlara görə, bacısı oğlu Saatlı İH-də vəzifə tutan, özü isə icra başçısı Siraqəddin Cəbbərovla yaxın dost olan Əlizaman Rəhimov Rusiyada əsasən inşaat sektorunda ad çıxarıb. Və 2012-ci ildə Moskva şəhər bələdiyyəsinin deputatı seçilib.

Xatırladaq ki, sözügedən ildə Rusiyada martın 4-ü tarixində preizdent seçkiləri ilə yanaşı şəhər bələdiyyələrinə də seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə, azərbaycanlı inşaatçı Əlizaman Rəhimov Domodedovo şəhər dairəsi deputatlar sovetinin üzvü seçilib. O, “Vahid Rusiya” (“Yedinnaya Rossiya”) Partiyasının siyahısı ilə deputat olub.

Qeyd edək ki, Ə. Rəhimov Domodedovo şəhərində xeyriyyəçilik fəaliyyətinə görə də tanınır. O, öz vəsaiti hesabına yaşadığı və fəaliyyət göstərdiyi şəhərdə məktəb, xəstəxana və bağça tikdirib. Fəaliyyətinə görə Rusiya rəhbərliyi tərəfindən mükafatlandırılan Ə. Rəhimov 2011-ci ildə isə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. O, həm də Moskva ətrafında yerləşən Domodedovo şəhərindəki “Kaspi” diaspor təşkilatının rəhbəridir.

Saatlıda hər zaman partlaya biləcək RUS BOMBASI – Prezident seçkiləri ərəfəsi Putinlə anlaşma olmasaydı

Hər halda belə bir simanın Azərbaycanda nələrə qadir olduğunu təxmin etmək o qədər də çətin deyil.

Redaksiyamıza daxil olan məlumatlara görə, əslində Saatlının icra başçısı Siraqəddin Cabbarov Əlizaman Rəhimovdan bu gün tam olaraq asılı vəziyyətdə olduğundan onun hətta Rusiyanın şübhəli dairələri ilə əlaqəli olması faktına belə göz yumur. Rayondakı qaynağın söylədikləri: «Əgər Putin Bakı ilə anlaşmasaydı, yəqin ki, seçkilər ərəfəsində daha bir üsyan Saatlıda baş qaldıracaqdı. Çünki Əlizaman Rəhimovun qohumları artıq belə bir tədarükə baş vurmuşdular».

Rayon sakinləri bu şəbəkəni hər zaman Azərbaycan əleyhinə partlaya biləcək bombaya bənzədirlər: «Onlar Saatlını rəsmən satın alıblar. Siraqəddin Cabarov isə onların bir sözünü iki edə bilmir».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt