Əsas Səhifə > Ölkə, Manşet > Nazir icra başçısı olan qohumuna son şansı verdi - «Əgər işləmək istəmirsənsə»…
Nazir icra başçısı olan qohumuna son şansı verdi - «Əgər işləmək istəmirsənsə»…10-03-2014, 13:06 |
DİA.AZ: - Hələ bir neçə gün əvvəlindən məlumat verərək bildirmişdik ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu olan Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevlə bağlı problemlər var. Belə ki, nazir qohumuna əngələ çevrilən Ənvər Seyidəliyevdən şikayətlərin artması və bu məsələnin Prezident Administrasiyasında problem kimi qabardılması Səlim Müslümovun Ağsu şefini danlamasına qədər inkişaf edib. DİA.AZ-a rayondakı qaynaqlardan verilən məlumata görə, ümumiyyətlə nazir qohumuna güvənən Ənvər Seyidəəliyev hətta «yuxarıların» tapşırıqlarını belə yerinə yetirməkdən yayınır: «Məsələn, gənc kadrların vəzifələrə təyin olunması məsələsi az qala ölkənin bütün rayonlarında həyata keçirilsə də, bu siyasətə Ağsuda əməl olunmur. Bununla bağlı dəfələrlə Seyidəliyevə iradlar da tutulub». Mənbəmiz bildirir ki, artıq vəziyyətin bu şəkli alması Ənvər Seyidəliyevə əlavə başağrıları da yaradıb: «Dünən icra başçısına nazirin adından sonuncu xəbərdarlıq çatdırılıb. Hətta bu xəbərdarlıqda «əgər işləmək istəmirsə, getsin, işləyirsə, məni bitirən addımlarını dayandırsın» ismarıcının yer alması da vəziyyətin qəlizliyinə işarədir». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |