Əsas Səhifə > Ölkə, Manşet > Səfər Əbiyevin dövründəki maliyyə pozuntuları ilə bağlı sənədlər məhv edilib

Səfər Əbiyevin dövründəki maliyyə pozuntuları ilə bağlı sənədlər məhv edilib


8-03-2014, 12:50
Səfər Əbiyevin dövründəki maliyyə pozuntuları ilə bağlı sənədlər məhv edilib
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildrimişdik ki, keçmiş Müdafiə Naziri Səfər Əbiyevə qarşı faktlar toplanılır. Bu gün isə DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, yeni MN şefi Zakir Həsənovun göstərişi ilə hərəkətə keçən təftişçi qrup çətin vəziyyətə düşüb. Belə ki, yoxlamaların gedişində ortaya çıxan faktlarla bağlı danışan mənbə iddia edir ki, Müdafiə Nazirliyinin bir çox hərbi birləşmələrində və qurumlarında 2009-cu il daxil olmaqla bütün maliyyə sənədləri məhv edilib. Ümumilikdə aşağıdakı istiqamətlərdə faktlar diqqəti çəkir:

“Müdafiə Nazirliyinin Bərdədəki hərbi birləşməsində 800 min manatlıq korrupsiya faktının aşkarlandığı barədə məlumat var. Əldə olunan məlumatlara görə, bu hərbi hissədə 2009-cu il də daxil olmaqla bütün maliyyə sənədləri məhv edilib. Hətta bəzi yerlərdə bütün maliyyə sənədlərinin yandırıldığı deyilir. Bu qurumda ciddi korrupsiya faktlarının aşkarlandığına dair məlumatlar var”.

Mənbə iddia edir ki, təftiş aparan qrup tərəfindən Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələrində yeyinti faktları aşkarlanıb. Xatırldaq ki, bu sahəyə əvvəllər general-mayor Altay Mehdiyev rəhbərlik edirdi və görünəni odur ki, ordudakı həbslər hələ davam edəcək.

Məlumatlı mənbə dia.az-a onu da bildirib ki, əslində toplanan ümumi faktlar Səfər Əbiyevə qarşı istifadə olunacaq. Amma bir məsələdə var ki, sənədlərin əksəriyyəti məhv edilib.

Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt