Əsas Səhifə > Ölkə, Manşet > Səfər Əbiyevə qarşı faktlar toplanır - Büdcə vəsaitlərinin xərclənməsində qanunlar pozulub
Səfər Əbiyevə qarşı faktlar toplanır - Büdcə vəsaitlərinin xərclənməsində qanunlar pozulub5-03-2014, 12:34 |
DİA.AZ: - Dünən parlamentdə deputat Zahid Oruc tərəfindən hədəfə çevrilən keçmiş müdafiə naziri Səfər Əbiyevin durumu gərginləşə bilər. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən məlumat daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Zakir Həsənov nazir postuna təyin olunandan sonra büdcə vəsaitlərinin xərclənməsilə bağlı ciddi araşdırmaların aparılması barədə göstəriş verib və artıq ortaya ilginc faktlar çıxıb. Mənbənin söylədikləri: «Aydın olur ki, Milli Ordunun ərzaq təminatı, habelə zabitlər üçün inşa olunan evlərin paylanması, ümumiyyətlə yaşayış binalarının inşası zamanı böyük maliyyə pozuntularına yol verilib». Mənbəmiz iddia edir ki, təxminən 50-dən artıq zabitin evlərin paylanması zamanı yol verilən rüşvətxorluq halları ilə bağlı izahatı da alınıb: «Təbii ki, bu faktlar boşuna toplanmayıb və keçmiş nazirə, ən azından həmin dövrdə səlahiyyət sahibi olan Müdafiə Nazirliyinin bəzi yetkililərinə qarşı ciddi alibi ola bilər». Mövzu diqqətimizdədir. Geri qayıt |