Əsas Səhifə > Ölkə, Manşet > İsmayıllının icra başçısından icra nümayəndələrinə şok qadağa

İsmayıllının icra başçısından icra nümayəndələrinə şok qadağa


1-03-2014, 14:34
İsmayıllının icra başçısından icra nümayəndələrinə şok qadağa
DİA.AZ: - Üsyan rayonu kimi tanınan İsmayıllı ilə bağlı redaksiyamıza maraqlı bir informasiya daxil olub. Rayon sakinlərinin DİA.AZ-a ötürdüyü məlumata görə, bu günlərdə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov icra nümayəndələrinin iştirakı ilə toplantı keçirib və onlara rəsmən qadağa qoyub.

Sakinlər bildirir ki, köhnə rəhbərliyin fəaliyyət dönəmini müzakirə edən icra başçısı icra nümayəndələrinə bildirib ki, bu gün onlardan bir icra başçısı olaraq kimsə rüşvət tələb etmir: «Başçı icra nümayəndələrinə xitabən təxminən bunları deyib: «Bu gün kimsə sizdən rüşvət tələb etmir. Halbuki əvvəlki başçının dönəmində hər biriniz icra başçısına ayda 200 manat pul verirdiniz. Bu bir yana. Başqa yerlərə də 30-40 manat haqq verirdiniz. Kimsə sizdən heç nə tələb etmir. Siz də vətəndaşlardan rüşvət almayın və qanunla işləyin. Əks halda, cəzalanacaqsınız və sərt formada». Bununla yanaşı başçı özünün gəlir sahələrini də açıqlayıb».

Mənbə bildirir ki, özünün Dünya Bankı ilə əməkdaşlığının olduğunu və ekspert kimi yetərincə qazandığını bildirən icra başçısı Mirdaməd Sadıqov bildirib ki, bu qazancı ona yetir: «Mənim sizin pulunuzda və hansısa pulda gözüm yoxdur. Qanunla işləyin və vətəndaşları narazı salmayın»…

Hər halda, Mirdaməd Sadıqovun belə bir çıxışı xəbərini eşitmək kifayət qədər məmnunluq yaradan haldır…

Geri qayıt