Əsas Səhifə > Ölkə, Manşet > Sədərək gömrüyündə ACINACAQLI MƏNZƏRƏ...

Sədərək gömrüyündə ACINACAQLI MƏNZƏRƏ...


5-01-2024, 11:03
Sədərək gömrüyündə ACINACAQLI MƏNZƏRƏ...
Bu ilin ilk günlərindən Sədərək gömrüyündə yük və minik avtomobillərinin Türkiyə keçməsində ciddi maneələr yaranıb. Bu haqda “Gündəlik Naxçıvan”a sürücülər məlumat verib. Onlar hesab edir ki, gömrük əməkdaşları bu problemi süni şəkildə yaradırlar. Türkiyəli sürücü Cəfər Bektaş deyir ki, sıxlığın yaranmasına səbəb keçid sisteminin düzgün qurulmamasıdır:
“Dekabrön 31-də keçidə gəlməyimə baxmayaraq, 2 gün sonra keçə bildim. Növbənin ucu-bucağı görünmürdü. Doğrudur, son zamanlar Türkiyəyə gedib- gələn TIR və avtomobillərin sayı çoxalıb. Lakin, gömrükdə sistemi düzgün qurmayıblar. Bu səbəbdən problem yaranıb. Maşınların keçməsi üçün 4 zolaq var. Onlardan yalnız birində sənədlərə möhür vurulur. Bu isə problem yaradır. Digər palasalarda da möhür vursalar bu qədər növbə olmaz.”
Şəxsi avtomobili ilə tez-tez Türkiyəyə səfər edən Şahin Məmmədov da saatlarla gömrükdə növbədə gözləməkdən şikayətlənir:
“Gömrükdän açqlama verirlr ki, TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdur. Onlar problemin qarşı tərəfdən qaynaqlandığını deyirlər. Guya, sadəcə Türkiyə ilə İran arasında sərhəd bağlandığına görə, TIR-ların hamısı Sədərək gömrüyündən keçir və sıxlıq buna görədir. Bu həqiqətə uyğun deyil. Əgər, 4 zolağın hamısı işləsə, gömrük indikindən 3-4 dəfə artıq maşın buraxa bilər. Hazırda onlardan yalnız biri işlədiyindən, gömrükçülər sənədləşməni çox ləng aparırlar”.

Geri qayıt