Əsas Səhifə > Ölkə, Manşet > Məhkəmə qərarından narazı qalan “Azəriqaz” işçisi Prezidentə müraciət etdi
Məhkəmə qərarından narazı qalan “Azəriqaz” işçisi Prezidentə müraciət etdi1-01-2024, 11:36 |
Baki şəhəri, Suraxanı rayonu Bül-Bülə qəsəbəsi Axundov kücəsi 4 ünvanda yaşayan Nagı Allahverdi Əli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Səbinə Əliyevaya, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlanıb. Aktualinfo.org vətəndaş Nagi Allahverdi Əli oğlunun “Facebook” sosial şəbəkəsində yayılmış müraciətini olduğu kimi təqdim edir: Möhtərəm Prezident !!! Hörmətli xanimlar və çənablar !!! Mən Azəriqaz İstehsalat Birliyi Bakı Regional Qaz Istismarı Departamenti ( BRQİD ) Suraxani Qaz Texniki İstismar Xidmətinin ( TİX ) Suraxani Qaz Paylama Məntəqəsində ( QPM ) operator vəzifəsində calışmışam . 1992-ci ildən 2-ci qurup əlillik statusu almişam 1998-ci ildən Qaz təsərrüfatinda əmək fəaliyyətinə başlamişam 1999-cu ildən əlilliyimi ömürlük təsdiq ediblər . 23 noyabr 2022-ci ildə Tibbi Universtetinin Ankoloji Klinikasina qabul olunmuşam . 24 noyabr 2022-ci ildə ağır Onkoloji əməliyyat kecirtmişəm . Mərkəzi Onkoloji Mərkəzində 26 şüa qabul etmişəm . 30 aprel 2023-cü ilədək Əmək Qabiliyyətimin olmaması vərəqəsinə görə müvəqqəti olaraq işdə olmasam da 01 may 2023-cü ildən mən əmək fəaliyyətimi davam etdirmişəm . 18 sentyabr 2023-cü ildə Azəriqazin baş direktoru Ruslan Əliyevin imzaladiqi saxta 14-2-2/3-1k-9082023 sayli əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1- ci hissəsinin C bəndinə əsasən ( qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə , əmək qabiliyyətinin fasiləsiz olaraq alti aydan cox müddətə tam itirilməsi ilə əlaqədar işci əmək funksiyasini yerinə yetirə bilmədikdə , tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin ləğvi ) Əmrin verilməsi ücün əsaslar : Tibbi -Sosial Eksert Komissiyasinin sonuncu müayinəyə görə məlumatı . Həmən məlumatda vaxti ilə Əmək Qabiliyyətsiz yazildiqini əsas tutaraq Ruslan Əliyev Əlillər haqqında Qanundan xəbərsiz olduğundan belə bir saxta əmrə imza atib . Belə ki Azərbaycan Respublikası Qanununun 4.2 çi maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşi ayri-seckilik qadaqandır və qanunla təqib olunur . Adi cəkilən qanunun 6-cı maddəsinə əsasən dövlət əlillik əlamətinə görə hər hansi ayri-seckiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək ücün digər şəxslərlə bərabər imkanlar,öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi ücün lazımi şərait yaradilmasina , əlilliyi olan şəxslərin reabilitasiyasina və hərtərəfli inkişafina təminat verir . Əlilliyi olan şəxslərin hüquqlari haqqinda Qanunun 21-ci maddəsinə əsasən 21.1. 21.2. 21.3 . 21. 4 cü bəndlərindən məlumatsiz olub . Yəqin onuda bilməyib ki, Azərbaycan BMT – üzvü olduqu ücün ölkə Prezidenti BMT – nin ƏLİLLƏRİN HÜQUQLARİ HAQQİNDA KONVENSİYANİN FAKULTATİV PROTOKOLUNA QOŞULMAQ ÜCÜN 2 oktyabr 2008 – ci ildə 668-|||Q sayli AZƏRBAYÇAN RESPUBLİKASİNİN QANUNUN İMZALAYİB . Həmən qanunda da əlillərin hüquqlarinin qorunmasi öz əksini tapib . Mən bununla bağlı bütün prosedurları kecərək MEDİASİYANİN 60 manat rüsumunu ödədikdən sonra 17 oktyabrda Xətai Rayon Məhkəməsinə İDDİA ƏRİZƏSİ ilə müraçiət etdim . Hazirda qeydiyyat nömrəsi 2(011)-7935/2023 iş xanım hakim Samirə Eyvazovanin içraatindadir . Hakim 4 noyabr 2023 çü ilə hazırlıq içlasına görə bildiriş göndərdi. Cavabdeh Azəriqazın nümayəndəsi gəlmədiyinə görə iclas təxirə salındı və 23-nə təyin edildi. Lakin həmən iclasa da cavabdeh qatılmadı. Ona görə də baxiş 07 dekar 2023 cü ilə kecirildi. Həmən iclasa da gələn olmadi, 4-çü iclası 18 dekabradək təxirə saldilar . Nəhayətki 4-cü içlasda cavabdeh gəldi.Hakim İDDİAMDAKİ qeydlərimin araşdırılmasına cox da maraq göstərməyib məni Əmək Qabiliyyətsizdir sözünə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Sosial Tibbi Ekspert Komissiyasina göndərmək haqqinda qərar çıxartdı. Həmin qərarı mənə vermək istəmir ki mən həmin qərardan şikayət edim. Mən bu qərara etiraz edirəm, məni ekspertizaya göndərmək yox əmək müfəttişliyinə sorğu göndərib 2 qurup əlil kimi mənim işləməyimlə baqlı çavab almalə idi . Mən orda qanunsuz işdən çıxarılmağımı və saxta əmr imzalananda yəni, 18 sentyabrda mənim əlimdə ərazi üzrə 24 sayli Poliklinika tərəfində seriya SN 000089 nömrə 0268498 Əmək Qabiliyyətinin Olmaması Vərəqəsi olub . Həmən vərəqi NOTARİAL QAYDADA TƏSDİQ OLUNMUŞ FORMADA İDDİAMA ƏLAVƏ ETMİŞƏM və Əmək Məçcəlləsinin 79 cu maddəsinin kobud şəkildə pozulmasin qeyd etmişəm . Maraqlıdır ki, bunlar hamisi ölkədə keciriləcək növbədənkənar Prezident seckiləri öncəsi baş verir (mən seçkiyə getməkdən imtina edirəm ) Nədənsə hakim xanım bunlara əhəmiyyət vermədi . Sizlərdən xahiş edirəm qeyd etdiklərimi nəzərə alaraq həmən hakimi başqa hakimlə əvəz olunmasına mənə yardim edəsiniz . Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin saxta əmrinə və Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanin əsassız cixartdiqi QƏRARA ETİRAZ OLARAQ MƏN QARŞIDAKİ NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİNƏ GETMƏKDƏN İMTİNA EDİRƏM . Qabaqçadan sizlərə təşəkkür edirəm. Hörmət və ehtiramla ( Azərbayçanin SECİB SECİLMƏK VƏ ETİRAZ ETMƏK HÜQUQU OLAN VƏTƏNDAŞİ 2 çi tip insulin tələbli şəkərli diabet və ONKOLOJİ daşiyiçisi ) Nagi Allahverdi Əli oqlu. Mənbə: Aktualinfo.org Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |