Əsas Səhifə > Ölkə, Manşet > Azərbaycan gəncləri Bakıda Sərkisyanın başını kəsəcəklərinə and içdilər

Azərbaycan gəncləri Bakıda Sərkisyanın başını kəsəcəklərinə and içdilər


26-02-2014, 10:53
Azərbaycan gəncləri Bakıda Sərkisyanın başını kəsəcəklərinə and içdilər
DİA.AZ: - Ermənilərin keçən əsrin sonlarında törətdikləri ən dəhşətli vəhşilik kimi tarixə düşən Xocalı qətliamının 22-ci ildönümü ərəfəsində Azərbaycan gəncləri adından «Facebook»da maraqlı bir müraciət yayılıb.

DİA.AZ bildirir ki, müraciət sosial şəbəkə fəalları tərəfindən yayılıb və heç bir siyasi xətti dəstəkləmədiklərini bəyan edən gənclər qrupu tərəfindən imzalanıb. Müraciət müəllifləri bildirirlər ki, bu gün Azərbaycan oğullarının çiyinlərində böyük bir tarixi öhdəlik var:

«Bu öhdəlik Xocalı qətliamının qisasıdır. Vətən, millət hər zaman onun OĞULLARININ çiyinlərində dayanıb, onun OĞULLARININ əzmkarlığına söykənib.

Biz vətənimizə və millətimizə bir kişi olaraq borcluyuq. Xocalıda və Qarabağın digər işğal olunmuş rayon və kəndlərində baş verən bütün vəhşiliklərin bədəlini yaxın vaxtlarda ödəməsək, biz Azərbaycan oğullarına anamızın südü və daşıdığımız kişi adı haram olsun».

Daha sonra müraciət müəllifləri bildirirlər ki, müharibə ən qısa zamanda başlamalı və Azərbaycan oğullarına daha bir müharibə haqqı tanınmalıdır: «Bu gün ermənilər, onların vəhşi prezidenti Sərkisyan Qarabağdakı, Xocalıdakı qətliamlardakı iştirakından danışıb öyünür. Bizim isə bağrımız yarılır. Bizə bir müharibə haqqı tanınmalıdır ki, Sərkisyanın başını Bakıdakı Xocalı abidəsinin önündə kəsək. Allahımıza bu haqqı tanıması üçün hər gün dua edirik. Yaşasın Azərbaycan!»

Geri qayıt