Əsas Səhifə > Ölkə, Manşet > "Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..."

"Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..."


5-12-2023, 09:35
"Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..."
""Lukoil" yanacaq doldurma məntəqəsindən şikayətim var.
3 dekabr tarixində saat 19:40 radələrində Əhmədli metrostansiyası yaxınlığında yerləşən Lukoil yanacaq doldurma məntəqəsində 10 AZN məbləğində 92 benzin vurulmasını bildirmişəm. Lukoila daxil olduqda 28 L benzinim var idi, "datcik"də 38 L olacağını gözləyərkən, cəmi 32 L benzinə qalxdığına şahid oldum. Qeyd edim ki, avtomobilinin heç bir texniki problemi mövcud deyildir və digər yanacaq doldurma məntəqələrində benzin vurduqda, manata manat "datçik" eyni göstərir. Lukoil artıq dəfələrcə illərdir ailəmizin bütün avtomobillərinə etdikəridir, 2-3azn hər dəfəsində əskik benzin vurulur. Bu dəfə artıq çox oldu. Mənə hardansa sonradan 10azn-lik qəbz təqdim etdilər. Hələ utanmazcasına işçilərindən biri mənə "az, azz yalan danışırsan" deyə rəftar edir.

"Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..."
"Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..."

Etdikləri hərəkətə görə, səlahiyyətli nümayəndə ilə danışıb, şikayətimi bildirmək istədiyimi dedikdə, özünü təqdim etməkdən çəkinən bir işçi mənə yalnışlıq olmadığını, 10azn-lik benzin vurulduğunu iddia etməyə davam edir. Kamera görüntüsünə baxır hansında ki, sadəcə uzaqdan avtomobilimin gəlib benzin doldurub dayanmağı əks olunur, orada nə işçinin neçə AZN kompüterdə vurduğu, nə özlərinin datçiklərini əks etdirən nə başqa sübut edən məqam yoxdur.
Bu şəxsə özünü tam olaraq təqdim etməyimi bildirəndə qeyd edir ki, mən kiməm ki burda, növbə rəisiyəm adım Farizdir, buranın rəhbərliyi var.
Uzun cəhdlərdən sonra telefonda kiməsə zəng edə bildi, kimləsə danışıb, şikayət edəcəyimi o şəxsə bildirdi o isə cavabında nə dedisə, yenə də bu şəxs düzgün olduqlarını və hara şikayət edirəm, edim dediler.

"Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..."

Zəngdən sonra ozünü təqdim etməyə ürəkləndi, adı Abdullayev Fariz, benzini dolduran Əliyev Şahsuvar olduğunu dedi, mənə aaz, yalan danışma deyib, təxmini 10dəq sonra mənə hardansa 10azn-lik qəbz verən işçinin adını bilmədim.
Bu rəftarlarına, etdikləri haram hərəkətlərinə görə özlərinin təqdim etdiyi qaynar xətt nömrəsinə (012-497-41-90) və 102 polis xidmətinə şikayətimi bildirdim, qeydə aldıqlarını bildirdilər və polis gəlib yerində şikayət ərizəmi aldı. İşin sonunu nə ilə nəticələnəcəyini gözləyirəm və illərdir bir çox dost, tanışdan bu etdiklərinə görə şikayətlər olunduğuna şahidəm.
Əminəm ki, sizlərin də arasında bu hal ilə rastlaşanlar az deyildir.
Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..."

Şikayətçi: Elina Əhmədova Mənbə: Müştəriyəm Şikayətçiyəm
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt