Əsas Səhifə > Ölkə, Manşet > Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?


1-12-2023, 10:03
Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?
11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində yenidən kənd təsərrüfatı bitkiləri əkilib.

Yerli sakinlərin AzToday.az-a verdiyi məlumata görə, Göytəpə meşəbəyliyinin 12 və Cəlilabad meşəbəyliyinin 2 saylı meşə dolayında boş qalan sahələr şumlanaraq taxıl səpilib.

Cəlilabad rayonun Ağdaş kənd sakini, bir neçə il öncə meşə təsərrüfatından Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmış Salayev Xaləddin Faiq oğlu 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov tərəfindən 4 ay öncə Göytəpə meşəbəyliyinin 12 saylı dolayına gözətçi təyin edilib. Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə görə, 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılmış şəxsin yenidən işə götürülə bilməz. Amma Nəsimi Nəsibov 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılmış bizə məlum olan iki şəxsi yenidən işə götürüb. Görünür, direktor ya qanunları bilmir, ya da özünü qanunlardan üstün tutur. Əks halda belə qanunsuzluqlara imza atılmazdı…

Göytəpə meşəbəyliyinin 12 saylı dolayına gözətçi təyin olunan Xaləddin Salayevin işə başlayar-başlamaz həmin dolayın ərazisində taxıl əkilməsi qaranlıq məqamlardan xəbər verir. Ümid edirik, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Əmək Müfəttişliyi direktorun yol verdiyi qanunsuzluqlarla bağlı lazımi ölçü götürəcək.

Bu arada qeyd edək ki, qüvvədə olan Meşə Məcəlləsi və mövcud normativ aktlar meşə ərazində taxıl əkilməsini qəti qadağan edir…

Mənbə: AzToday.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt