Əsas Səhifə > Ölkə / Manşet > Rektoru devirməyə hazırlaşırlar - Təhsil sistemində yeni toqquşma mərkəzi yaranıb

Rektoru devirməyə hazırlaşırlar - Təhsil sistemində yeni toqquşma mərkəzi yaranıb


22-02-2014, 17:05
Rektoru devirməyə hazırlaşırlar - Təhsil sistemində yeni toqquşma mərkəzi yaranıb
DİA.AZ: - Srağagün Bakı Dövlət Universitetində baş verən aksiya və bu aksiyanın ardından BDU-da keçirilən görüşdə yaşanılanlar hökumətin də diqqət mərkəzindədir. Bu barədə DİA.AZ-a təhsil nazirliyindəki mötəbər mənbə məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, BDU rəhbərliyi ilə münasibətləri heç də qaydasında olmayan təhsil naziri Mikayıl Cabbarovdan В«yuxarılarВ» baş verənlərə görə hesabat istəyib: В«Təbii ki, Mikayıl Cabbarovun verdiyi hesabat Abel Məhərrəmovun ürəyincə olmayacaqВ».

Mənbəmiz iddia edir ki, yaxın günlərdə BDU-nun rəhbərliyinin taleyi ilə bağlı qərar verilə bilər: В«Ola bilsin, gələn həftə Abel Məhərrəmov işdən alınsın. Çünki artıq TN rəhbərliyi rektora qarşı tam gücü ilə hərəkət edirВ».

Geri qayıt