Əsas Səhifə > Ölkə, Manşet > 5 nömrəli neft terminalı bazasında NƏ İŞLƏR ÇEVRİLİR?

5 nömrəli neft terminalı bazasında NƏ İŞLƏR ÇEVRİLİR?


28-11-2023, 09:30
5 nömrəli neft terminalı bazasında NƏ İŞLƏR ÇEVRİLİR?
"Bərdədəki 5 nömrəli neft terminalı bazasının müdiri Hacı Hacıyev qanunu da, Allahı da saymır.
Heç olmasa ad-soyadından utanıb insafla işləsin.
Axı eşitdiyimizə görə o da əvvəllər zəhmətlə çörək yeyib, "KAMAZ" sürücüsü olub,yük daşıyıb.
Heç olmasa keçmişini xatırlayıb nahaq iş görməkdən çəkinsin".

Bu sözlər dünən təqdim etdiyimiz materialda yer alıb.

YAZI BURADA: 5 nömrəli neft terminalı bazasının müdirinin ancaq adı Hacıdır... - "Əməli Allahdan uzaqdır..."

Yazının davamında deyilir:

"Səfərov Əhməd deyir: "Bunun da məlum səbəbləri var.
Bazadan aldığım məhsul mənə aid olan nəqliyyat vasitəsi ilə yox,özlərinə məxsus olan nəqliyyat vasitəsi ilə həyata keçirilir.
Əslində məhsulu aparan maşın blomplanmalı və çatdırıldığı ünvanda blomp açılmalıdı.
Təbii ki,onlar mənfəət əldə etmək üçün oz maşınları ilə gətirdikləri məhsulun içinə su qatırlar və bununlada məhsulun keyfiyyətini aşağı salırlar və mənə maddi ziyan vurmaq istəyirlər.
Onlar bu cür hərəkətləri ilə mənə qarşı qərəzli və ədalətsiz bir mövqe tuturlar.
Bazanın rəhbərlyi tərəfindən mənə qarşı edilən haqsızlığın günahsız qurbanına çevrilirəm .
Mən nə qədər səbrli davransam da onlar məni və mənim əməyimi istismar etməyə çalışırlar.
Bizə həmişə doğruya zaval yoxdu deyiblər.
Mən də bunu qəbul etmişəm və çalışmışam ki,hər işimdə doğru-dürüst olum və buna da nail olmuşam.
Bilmirəm bəlkə də,onlar mənə qarşı etdiklərini anlayıb,yəqin ki,nə zamansa ləyaqət hisslərini bərpa edəcəklər.
Həyatda ən böyük hakim allahdı və ən böyük qərarları da,Allah verir."
Gördüyünüz kimi Hacı müəllim kreslosundan,möhür-ştampından sui-istifadə edərək sahibkarlığa mane olur,müqavilə şərtlərini yerinə yetirmir.
Şikayətçi belə deyir".


Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt