Əsas Səhifə > Ölkə / Manşet > Bakı Dövlət Universitetinin tələbələri yolsuzluqdan da şikayət edirlər

Bakı Dövlət Universitetinin tələbələri yolsuzluqdan da şikayət edirlər


20-02-2014, 10:49
Bakı Dövlət Universitetinin tələbələri yolsuzluqdan da şikayət edirlər
DİA.AZ: - Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi Bakı Dövlət Universitetinin tələbələrinə baha başa oturmaqdadır. Bu barədə DİA.AZ-a müraciət edən BDU tələbələri bildirir ki, ikinci-çıxış universitetin düz qarşısında olacaq:

В«Təbii ki, biz buna sevinirik, amma 3 ildir ki, inşaat meydançasının içində hərəkət etmək, təhsil almağımıza da mənfi təsir göstərirВ».

Tələbələr bildirir ki, dünənə qədər inşaat işlərinə birtəhər dözürdülər: В«Amma iki gün olar tikinti səbəbindən BDU-dan metronun В«Elmlər AkademiyasıВ» stansiyasının hələlik yeganə olan çıxışına aparan yol bağlanıb. Nəticədə tələbələrin gediş imkanı məhdudlaşdırılıbВ».

Tələbələr bildirir ki, BDU rəhbərliyinə müraciət etsələr də, bir xeyri olmayıb: В«Heç olmasa tələbələr üçün bir cığır aça bilərdilər. Çünki qış olduğundan hava tez qaralır. Və 7-8-də dərsdən çıxan tələbələr, xüsusən də qızlar metroya getməkdə çətinlik çəkirlər. Məcburdurlar ki, təxminən 2 kilometr məsafəni qət etsinlər. Həm də işıqlandırılmamış küçələrlə. Yaxşı ki, tələbələr bu zaman bir yerdə hərəkət edirlər, yoxsa, həmin hərəkət istiqaməti oğru və quldurlar üçün münbit bir yerdirВ».

Geri qayıt