Əsas Səhifə > Ölkə, Manşet > “Sovetski”də kvadratı az olan evlərlə bağlı yeni ideya: Onlara Bibiheybətdə bina tikiləcək
“Sovetski”də kvadratı az olan evlərlə bağlı yeni ideya: Onlara Bibiheybətdə bina tikiləcək18-02-2014, 10:44 |
DİA.AZ: - Dünən məlum oldu ki, plana düşməsi böyük bir hadisəyə çevrilən keçmiş “Sovetski” küçəsində 15-20 kv mertlik evlərin söküntüsü dayandırılıb. Bu barədə Yasamal Rayon icra hakimiyyətində yaradılan Köçürmə Komissiyasının sədri, başçının birinci müavini Səməd İslamov məlumat verib. O deyib: “Kiçik həcmli evlərin sahibləri kv metrə görə ödənilən 1500 manatla razılaşmadığından onların evləri ilə bağlı təkliflər planı hazırlanaraq hökumətə təqdim ediləcək. Yalnız razılığı alındıqdan sonra evlər sökülə bilər. İlkin olaraq kiçik həcmli evlərə görə daha çox vəsait ödəniləcək ki, onların sahibləridə digər yerlərdə özlərinə ev ala bilsinlər. Bahalaşmanın səbəbi də bəzi işbazlar bizim söküntüdən xəbərdar olduqları üçün evlərin qiymətini süni şəkildə qaldırıblar. Bu halların qarşısının alınması üçün də təkliflər hazırlanır”. DİA.AZ-a bununla bağlı Yasamal rayon icra hakimiyyətindən verilən məlumatda isə bildirilir ki, RİH tərəfindən «Sovetski»dəki sahəsi az yaşayış yerlərilə bağlı yeni plan hazırlanır. Mənbə iddia edir ki, plana görə, həmin mənzillərin sayları müəyyənləşdirildikdən sonra, Onlara başqa bir ünvanda daha geniş yaşayış sahəsi olan hazır evlərin verilməsi nəzərdə tutulur. Bunun nə qədər effektiv olacağı bilinməsə də, mənbə redaksiyamıza açıqlamasında bu barədə sakinlərlə danışıqlar aparıldığını da söylədi: «Həlşəlik onların hamısı bu təklifə müsbət baxmır. Amma əgər razılıq olacaqsa, kənarda - məsələn, o qədər də uzaq olmayan Bibiheybət və yaxud da Badamdar ərazisində yeni bina tikib, həmin sakinləri mənzillə təmin etmək də olar. Bu müddət ərzində isə onların kirayə problemləri çıxır ki, həmin işi boynuna götürəcək şirkət, problemi yoluna qoya bilər. Çünki bu gün şirkətlərin əllərində boş evlər var və onların hesabına müvəqqəti yaşayış yerləri vermək olar». Geri qayıt |