Əsas Səhifə > Ölkə, Manşet > İcra başçılarının növbəti ələnmə prosesinə start verilir

İcra başçılarının növbəti ələnmə prosesinə start verilir


17-02-2014, 11:09
İcra başçılarının növbəti ələnmə prosesinə start verilir
DİA.AZ: - Bu həftə paytaxt Bakının bir neçə rayonunun icra başçısı vəzifəsindən alınacağı gözlənilir. Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı mənbə informasiya verib.

Xəbərə görə, Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev və Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev işlərində yol verdikləri nöqsan səbəbindən vəzifələrindən azad ediləcək.

Redaksiyamıza daxil olan məlumatlarda həmçinin o da deyilir ki, anoloji olaraq bir neçə əyalət rayonunun, habelə Naxçıvat Muxtar Respublikasına aid rayonlardan birinin də başçısı istefaya göndəriləcək.

Əlavə məlumatları yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik.

Geri qayıt