Əsas Səhifə > Ölkə, Manşet > 4 rayonun bələdiyyə sədri qanunsuz torpaq alverində ittiham olunur

4 rayonun bələdiyyə sədri qanunsuz torpaq alverində ittiham olunur


14-02-2014, 13:14
4 rayonun bələdiyyə sədri qanunsuz torpaq alverində ittiham olunur
DİA.AZ: - Bu günlərdə bələdiyyələrin özbaşınalığından, özbaşına şəkildə onlara aid olmayan torpaq sahələri ilə bağlı qərar vermələrindən giley-güzar edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədovun söylədiklərinə hüquqi qiymət verilə bilər. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə informasiya verib.

Daxil olan xəbərlərdən belə aydın olur ki, bir neçə şəhər və rayonun bələdiyyələrinin fəaliyyəti, onların torpaq sahələri ilə bağlı verdikləri qərar hazırda DTXK və ədliyyə nazirliyinin bələdiyyələrlə iş üzrə şöbəsi tərəfindən birgə şəkildə araşdırılır. Mənbə bildirir ki, bu araşdırmalara səbəb, bələdiyyələr tərəfindən qanunsuz şəkildə satılmış torpaq sahələrinin böyük əksəriyyəti ilə bağlı qalmaqalın yaranması və bu qalmaqalın məhkəməyə qədər inkişaf etməsi faktıdır. Hazırda məhkəmələrdə bu qəbildən olan 10 minə yaxın müraciətin mövcud olması da dövlət qurumlarının müvafiq qaydada hərəkətə keçməsinə, baş verənlərə hüquqi qiymət verilməsi zərurətinin yaranmasına gətirib çıxarıb.

Mənbə iddia edir ki, konkret olaraq Sumqayıt və Abşeron rayonlarının, habelə Bakının iki rayonunun - Xəzər və Suraxanı rayonların bələdiyyə sədrinə qarşı cinayət işinin açılması üçün rəsmi qaydada tədarük görülür.

Geri qayıt