Əsas Səhifə > Ölkə, Manşet > İcra başçılarına «yuxarıdan» üsyan xəbərdarlığı

İcra başçılarına «yuxarıdan» üsyan xəbərdarlığı


11-02-2014, 12:38
İcra başçılarına «yuxarıdan» üsyan xəbərdarlığı
DİA.AZ: - Azərbaycanın bir sıra rayon icra hakimiyyəti başçıları həyəcan içindədir. Xatırladaq ki, fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilib. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu konfransda iştirak edən bəzi icra başçılarına yerlərdə əhali ilə rəftarla bağlı ciddi xəbərdarlıq edilib.

Məlumatı verən mənbə iddia edir ki, konkret olaraq 20-dən artıq icra başçısının diqqətinə çatdırılıb ki, onların rəhbərlik etdikləri rayonlarda əhali ilə bağlı ciddi problemlər var: «Həmin icra başçılarına xəbərdarlıq edilib. Əgər onlarıni rayonlarında hansısa etiraz aksiyası baş verərsə, o zaman ərizələrini dərhal yazmalı olacaqlar».

Mənbə bildirir ki, hazırda hakimiyyətin üst düzəyi bir sıra rayonlardakı durumu analiz edərək, «qırmızı alarmın çalındığı» rayonları müəyyənləşdirib: «Həmin rayonların rəhbərləri bu barədə xəbərdar edilib. Və bu da onlarda əlavə məsuliyyət yaradıb».

Qeyd edək ki, son günlər narazı vətəndaşların özlərini etiraz olaraq yandırmaları da bir ənənə halını alıb ki, bu da «yuxarılar» üçün heç də arzuolunan situasiya hesab edilmir.

Geri qayıt