Əsas Səhifə > Ölkə, Manşet > `Azəriqaz`ın rüşvət tələbi bir kəndin boşalmasına SƏBƏB OLUB...
`Azəriqaz`ın rüşvət tələbi bir kəndin boşalmasına SƏBƏB OLUB...21-07-2023, 09:47 |
Şamaxıda şəhər mərkəzindən 41 km uzaq bir kənd var, adına Səfalı deyirlər. Səfalılar deyir ki, kənd baxımsız olduğu üçün əhali başqa yerlərə köçüb gedib. Maraqlısı budur ki, iki ildən artıqdır ki, kəndə qaz çəkilsə də, 260 manat qazın quraşdırılması üçün tələb edilən vəsaiti ödəyə bilmədikləri üçün evlərə qaz çəkilməyib. Elə buna görə də, Qarabağda “ağıllı kənd” yaradan ölkəmin Səfalı kənd sakinləri ilin hər vaxtı gərmə yandırmaq məcburiyyətində qalıb. Bu yerdə yadıma rəhmətlik Mirzə Ələkbərin misraları düşür. Mirzə deyir ki, “əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtmomobil minməyiriz”.... Sanki Mirzə bu misraları Səfalı kənd sakinləri üçün yazıb. Deyəcəksiniz ki, dövlət zəhmət çəkib kəndə qaz çəkdirib, indi vətəndaş da zəhmət çəksin evinə qaz çəkdirsin. Heç ilin günün bu vaxtında odun və yaxud gərmə yandırarlar? Yandırarlar, başına dönüm. Əgər daimi qazan yerin yoxdursa, işsizsənsə, nəinki odun, gərmə hətta özünü də.... Hə, gərməni də nisbətən zənginlər yandırır. Yəni əgər qapında mal-qaran varsa, gərmən var... Kəndin yolları da baxımsızdır. Yox, üzr istəyirəm, baxımsız olan yol üçün deyirlər. Kənddə yol da yoxdur. Kəndlilər xəstələnəndə yük maşınları ilə kənddən çıxarırlar ki, ölməsinlər. Sakinlər kənddən köçdüyü üçün evlər də sıradan çıxıb, uçulub tökülür. Yəni belə getsə, uzağı 10 ilə Səfalının ancaq adı qalacaq. Bəs Şamaxı rayon icra hakimiyyəti niyə Səfalıların probleminə göz yumur? Sonra yığılıb etiraz edəndə də, yəqin deyəcək ki, “bir az uzaqdan çək yaxşı düşüm”... Nə bilim vallah, prezident seçib, etimad göstərib, rayon etibar edib. Gördükləri işə bax. “Bəyin oğurlanması” filmində deyildiyi kimi” 8 min pul alıbalr, bunların oynamaqlarına bax”... Əsl xəyal qırıqlığı.... Düzdür xalqın haqqına girən, xalqı dinləməyən, vəzifəsindən şəxsi mənfəətləri üçün istifadə edənlər bir gün gözünə döndüyüm DTX-nin hədəfinə tuş gəlir. Sonra məlum olur ki, bəs bu adam xəstəymiş, vəziyyəti ağırmış və s. və ilaxır... Amma o zamana qədər yeyib talayırlar da xalqı. Xalq yazıq da neyləsin, ən son küçərələrə çıxıb etiraz etməyi seçir. Yəni prezidentin etimad edib seçdiyi şəxslər özləri bilə-bilə xalqı dövlətə qarşı qaldırır... Nə deyim, deyiləsi dərd deyil ki? Nəysə mətləbdən uzaqlaşmayım. Şamaxıda bir hələ Səfalı adlı bir kənd var. Hələ ki, var. Hələki xarabalığa çevrilməyib və hələ ki, orada insanlar yaşayır... //bizimyol.info// Geri qayıt |