Əsas Səhifə > Ölkə, Manşet > Xaçmazda təhsil sistemini don vurub – Mikayıl Cabbarovun diqqətinə
Xaçmazda təhsil sistemini don vurub – Mikayıl Cabbarovun diqqətinə7-02-2014, 11:19 |
DİA.AZ: - Xəzər dənizinin də donduğu Xaçmazda insanların hansı çətinliklərlə üz-üzə qaldıqlarını təsəvvür etmək o qədər də çətin deyiıl. Bu barədə DİA.AZ-a yazan sakinlər bildirir ki, yayda “ay Xaçmazda meşə var, gedib dincələk” deyənlər” yanılacaqlar: “Nahaq kimsə əziyyət çəkib gəlməsin. əgər vəziyyət bu şəkildə davam edərsə, qızına bilməsi üçün insanlar bütün meşəlikləri məhv edəcək. Şünki yerli icra hakimiyyəti dəfələrlə edilən müraciətləri qulaqardına vurur. Elektriklərin də günlərlə kəsilməsi Xaçmazda insanları yeganə isinmə vasitəsi kimi meşələrə üz tutmağa vadar edir”. Sakinlərin redaksiyamıza yazdığı müraciətlərdən aydın olur ki, bu gün onlar övladlarını dərsə də göndərmirlər, çünki evlərdən də betər gündə olan, isidilməyən məktəblər şagirdlər üçün xəstəlik mənbəyinə çevrilib. Şikayətçilər deyir ki, Aslan Aslanov adına Yergüc kənd tam orta məktəbi isə rəsmən buzxanadır. 25 ildən artıqdır ki, istifadəyə verilən məktəbin istiliklə təchizatında problem var. Təhsil ocağının qızdırılması üçün yanacaq kimi odundan istifadə olunur. Valideynlər bildirir ki, sinif otaqlarının tam qızdırılmaması təhsilin keyfiyyətinə təsir etməklə yanaşı şagirdlərin xəstələnməsinə də səbəb olur. 28 sinif otağının olduğu məktəbdə 320 şagird təhsil alır. Təhsil ocağının direktoru bildirir ki, məktəbin qızıdırılması üçün 3 yük maşını ağac yonqarı gətirilib. Amma bu yanacaqla pəncərə və döşəmələri sınıq olan məktəbi qızdırmaq mümkün deyil. Qeyd edək ki, Xaçmaz rayonundakı 122 təhsil müəssisəsindən 87-sinin qızdırılması üçün odundan istifadə olunur. Bu məqsədlə qış fəsli girər-girməz 1100 kub.metr odun tədarük olunub. Amma havaların kəskin soyuması həmin odunun hələ bir ay əvvəldən bitməsinə nədən olub. Qeyd edək ki, Xaçmazdakı təhsil müəssisələrinin cəmi 29-u mərkəzi istilik sistemi ilə təchiz edilib.6 məktəb isə təbii qazla qızdırılır. DİA.AZ-a danışan sakinlər bildirir ki, digər məktəblərdə isə nəinki dərslər dayanıb, həyat da sönüb... Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |