Əsas Səhifə > Ölkə, Manşet > Nazirliyin əməkdaşı ACLIQ AKSİYASINA BAŞLADI...

Nazirliyin əməkdaşı ACLIQ AKSİYASINA BAŞLADI...


4-07-2023, 10:06
Nazirliyin əməkdaşı ACLIQ AKSİYASINA BAŞLADI...
DİA.AZ: - Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov aclıq aksiyası keçirdir. DİA.AZ bildirir ki, bir ildən çox həbs yatdığını açıqlayan R.Nəcəfov ona qarşı edilən ədalətsizliyə diqqət çəkmək üçün başqa çarəsinin qalmadığını ifadə edib.

“Mən bir ildən artıq müddətdir həbsdəyəm. Bu müddət ərzində mənim işimə baxmaq üçün Bakı Ağır cinayətlər məhkəməsində iki dəfə hakimi dəyişdiriblər. Bir müddət aylarla mənim məhkəməm keçirilmədi. İndi isə ayda bir dəfə və sadəcə 15 dəqiqə ərzində mənim işimə baxılır. Təəssüflər olsun ki, nə istintaq müddətində, nə də məhkəmə prosesində məni işim düzgün aparılmır” deyə R.Nəcəfov bildirib.

Bu müddət ərzində sağlamlığını itirdiyini dilə gətirən R.Nəcəfov haqsızlığa məruz qaldığını bildirərək deyib: “Mən 2017-ci ildə Təhsil nazirliyinin 100 yaşı olan orqanı “Azərbaycan məktəbi” jurnalının baş redaktoru təyin edildim. Mən jurnala rəhbərlik etməyə başladığımda jurnal oxunmaz vəziyyətdə idi. A4 kağızında olduqca pis vəziyyətdə çap olunurdu. Qısa müddətdə mən jurnalı benəlxalq jurnallar səviyəsinə qaldırdım. SOBİAD, Science.İndex, Academia.edu, Crossref, ResearchGate və bir sıra beynəlxalq indekslər siyahısa saldırdım. Yüksək səviyyədə və peşəkarlıqla jurnal hazırladım. Dizaynı və keyfiyyətinə görə Azərbaycanda bu səviyyədə jurnal tapmaq çətindir. Xarici ölkələrdən, hətta Çindən belə əməkdaşları jurnala cəlb edib beynəlxalq səviyyədə məqalələr çap etdirdim. Hətta Azərbaycanda ilk dəfə bizim jurnalın eloktron arxivini yaratdım. Yəni 100 illik jurnalın eloktron arxivi ortaya çıxdı. Jurnalın 100 illiyi yaşını təntənəli keçirib, jurnalın tarixi haqqında sənədli film belə çəkdirdim. Bütün bunları mən demək olar ki, nazirliyin heç bir dəstəyi olmadan gerçəkləşdirdim. Ancaq indi nazirlik məni dövlət əmlakını talamaqla itham edir. Çox kağız istifadə etmişəm, çox mürəkkəb xərcləmiş kimi səbəblərlə mənim dövlət əmlakını taladığımı bildirərək məni məhkəməyə veriblər. Nazirliyə dəfələrlə etdiyim müraciətlərimə cavab ala bilməmişşəm. Mənim nə iş gördüyümlə belə maraqlanmadılar”.

Prokrorluğun hazırladığı iddiham aktının qərəzli olduğunu dilə gətirən məhbus bildiirb ki “həmin ittiham aktında mən dələduzluqla ittiham olunuram. Eyni aktda rüşvətxorluqla ittiham olunan AMEA əməkdaşı Həsənli Amal Rasim oğlu isə sərbəstdir. Görünür Amal Həsənlinin valideyləri olan maliyyə palatasının keçmiş əməkdaşı UNEC-in professoru Rasim Həsənov və AMEA-nın Teminologiya İnstitunun direktoru professor Sayalı Sadıqovanın nüfuzu buna imkan vermir. Mən lazım olan bütün faktları prokrorluq əməkdaşlarına təqdim etdiyim halda, ittiham aktına məqaləsini çat etdirdiyim müəllifləri siyahısını hazırlayıb onlara qarşı dələduzluq etmiş kimi qələmə veriblər. Şikayətçi qismində göstərilən insanlar da dəfələrlə məndən şikayətçi olmaqdıqlarını, bir çoxu hətta məni tanımadığını qeyd edib”.

Mənim ən böyük səhvim Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov və Elnur Məmmədova inamağım olub. Jurnala çəkilən xərcləri ödənməsində Cəsarət müəllim özü məndən jurnala pula işçi götürməyi tapşırıb. İndi mən günahkar olmuşam. Məni bu yola vadar edənlər isə rahat şəkildə yaşayırlar. Mən, öz dövlətimdən sadəcə ədalət istəyirəm. Mənim imkanlarım səsimi başqa şəkildə ictimayyətə çatdırmağa əl vermir. Yoldaşım şəkər xəstəsi, oğlum isə xroniki xəstədir. Özüm də bir il ərzində bütün sağlamlığımı itirmək təhlükəsi qarşısındayam” deyən R.Nəcəfov ona qarşı edilənlərin haqsızlıq olduğunu vurğulayıb.

“Aclıq aksiyası keçirməkdən başqa çarəm qalmayıb. Bəlkə o zaman mənə qarşı ədalətli mövqey sərgiləyərlər. Mən Azərbaycan dövlətinin ədalətinə inanıram. İnanıram ki, mənim işim doğru araşdırlacaq və həqiqi günahkarlar öz cəzasını tapacaqlar” – R.Nəcəfov bildirib.


Geri qayıt