Əsas Səhifə > Ölkə, Manşet > Hərbi hissə işçiləri SƏLƏMÇİNİN ƏLİNDƏ QALIB...

Hərbi hissə işçiləri SƏLƏMÇİNİN ƏLİNDƏ QALIB...


23-06-2023, 13:22
Hərbi hissə işçiləri SƏLƏMÇİNİN ƏLİNDƏ QALIB...
Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin bir qrup işçisi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər Şıxarx qəsəbəsinin sakini, rayonda “Sələmçi Əlövsət” kimi tanınan Əlövsət Əsədovdan şikyətçidirlər. İddia edirlər ki, ondan borca pul alsalar da, üzərin yüksək fazi qoyaraq, əsas vəsaitdən dəfələlər çox pul tələb edir:

“Biz, Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin işçiləri, yazaraq sizdən xahiş edirik ki, bizim problemimizi işıqlandırasınız.

Aramızda şəhid oğlu olan da var. Bizim şəxsi heyətimizə baxan yoxdur. Hara şikayət etsək, görməzdən gəlirlər.

Əsədov Əlövsət sələmə pul verməklə məşğuldur. Hansı ki, ondan məcbur qalıb 2 min manat pulu götürəndə, qısa müddtədə 5 min manat, 3 min manat isə 6 min manat olur”.

Şikayətçilər deyir ki, Əlövsət Əsədovun oyununa gələnlərdən biri Süleymanov Zaur Rəşid oğludur. “O, çarəsizlikdən pul götürüb. İndi əlövsət ondan götürdüyü pulun 7 qatını tələb edir. Məhkəmədə işləri davam edir. Zaur 2 min manat götürdüyü təqdirdə, fikir vermədən 5 min manata qol çəkib”, - deyə məktubda qeyd olunur.

Şikayətçilər daha sonra əlavə edir: “Əlövsətin qurbanları olduqca çoxdur. Polis əməkdaşları və sələm verən şəxs həmin qurbanları ölümlə hədələyirlər. Hansısa polis işçisi soruşmur ki, sən niyə sələmə pul verirsən və hardan qazanmısan?

Rayonda hər kəs “Sələmçi Əlövsət”in adamı olub. Biz hərbçilər dara düşəndə götürdüyümüz pulu, indi saxta sənədlərlə və yüksək faizlə bizdən tələb edirlər.

Hakim ancaq bizi mühakimə edir, sual vermir ki, sən bu qədər pulu nə ilə qazanmısan?

Hörmətli redaksiya!

Xahiş edirik ki, bu məsələni işıqlandırın, bəlkə saxtakarlıqla məşğul olanlar bu çirkin əməllərindən çəkinələr”.

Redaksiyadan: Yazəda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt