Əsas Səhifə > Ölkə, Manşet > Vasif Talıbovun əlindən alınan şirkətdə MAAŞ BÖHRANI

Vasif Talıbovun əlindən alınan şirkətdə MAAŞ BÖHRANI


7-06-2023, 12:46
Vasif Talıbovun əlindən alınan şirkətdə MAAŞ BÖHRANI
“Arkoz İnşaat Şirkəti” MMC-nin işiləri olan Naxçıvan şəhər sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının çəkilməməsini istəyən şikayətçilər rəhbərlikdən narazıdır. Onlar iddia edirlər ki, "Arkoz" şirkəti 2 aydır işçilərin maaşını gecikdirir:

“Aprel və may aylarının əmək haqlarını hələ almamışıq. Nə vaxt maaş istəsək, bildirirlər ki, “pul yoxdur, dövlət tərəfindən ödəmələr verilmədiyinə görə pullar gecikib”.

Hər birimizin kreditimiz var, bank bizi gözləmir, üzərinə faiz gəlir. Hər gün bankdan zəng gəlir, adımıza gecikmə düşür. 400 manat maaş alırıq, onu da gecikdirirlər. Xahiş edirik, bizim bu problemimizi işıqlandırın".

Qeyd edək ki, məlum şikayətlə bağlı “Arkoz İnşaat Şirkəti” MMC-nin mövqeyini dərc edə bilmədik. Bununla belə, qarşı tərəfi dinləməyə hazırıq.

Geri qayıt