Əsas Səhifə > Ölkə, Manşet > Balakən Avtovağzalında QOÇU PEYDA OLUB
Balakən Avtovağzalında QOÇU PEYDA OLUB1-06-2023, 09:37 |
Son bir neçə gündür ki, redaksiyamıza Balakən Avtovağzalında yaşananlarla bağlı xeyli məlumatlar daxil olmaqda davam edir. Qərar.az bildirir ki, daxil olan məlumatlarda vurğulanır ki, direktor Nadir müəllimlə adı çəkilən bu avtovağzalda kassir vəzifəsində çalışan, eyni zamanda 2018-ci ildən indiyə kimi 120 manat əmək haqqı almağa möhtac qalan Mahmalar kənd sakini Sarıyeva Naibə Naib qızı arasında davam edən çəkişmə, artıq “pik nöqtə”yə çatıb. Qeyd edək ki, bir neçə gün bundan öncə bəzi media qurumlarında həm Nadir müəllimin yarıtmaz idarəçiliyi ilə bağlı, həm də Naibə Sarıyevanın və həmin avtovağzalda kassir vəzifəsində çalışan digər xanıma məxsus əmək haqqı kartının 2018-ci ildən rəhbərlikdə olması ilə bağlı tənqidi məqalə yayımlanmışdı. Məsələnin maraqlı tərəfi odur ki, Balakən Avtovağzalına rəhbərlik edən Nadir müəllim tənqidi məqalədən nəticə çıxarmaq, bəzi çatışmazlıqları qaydaya salmaq, ona həvalə olunan vəzifəni günün tələblərinə uyğun həyata keçirmək, 2018-ci ildən özündə saxladığı əmək haqqı kartlarını sahiblərinə qaytarmaq və s. kimi addımlarını atmaq əvəzinə, bu şəxs hal-hazırda daha da aqressivləşməkdə davam edir. O halda ortaya belə bir sual çıxır ki, gündəngünə artmaqda olan aqressivləşmə kimə, hansı tərəfə xeyir gətirəcək? Yəqin ki, heç bir tərəfə?! Məgər, daha yaxşı hal olmazmı ki, Nadir müəllim rəhbərlik etdiyi Avtovağzalda kassir vəzifəsində çalışan hər iki xanımı gözümçıxdıya salmaqdan əl çəksin?. Düşündürücü haldır ki, atdığı addımları ilə öz rəhbərliyinin, hətta ölkə rəhbərinin də verdiyi tapşırıqlara bir növ məhəl qoymayan bu şəxs, hal-hazırda Balakən Avtovağzalında “vorzakon”luq etməklə məşğul olur. Yəni, bir neçə gün bundan öncə rəhbərlik, iş fəaliyyətində heç bir qüsuru olmayan hər iki xanım kassirə “Siz həftənin son günlərində işə gəlməyin” deyir. Əslində belə bir tapşırığın verilməsi, hər iki xanım kassirin daşıdıqları vəzifələrindən uzaqlaşdırılması üçün sonrakı günlərə hesablanmış addımdır. Artıq çıxılmaz durumda qalan hər iki xanım kassir son ümidlərini ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyevə və Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayevə müraciət etməkdə görürlər. Çünki, hər iki xanım qeyd edir ki, “Biz müəyyən yaş həddinə çatmışıq və neçə illərdir ki, Balakən Avtovağzalında növbəlilik qaydasında kassir işləyirik. Bundan sonra bir hara getməliyik, harada iş tapıb işləməliyik ki, ailəmizi dolandıra bilək?.” Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyəti dövlət qurumlarının rəhbərləri hər iki xanımın üz-üzə qaldıqları problemə diqqət yetirəcəklər və qeyd olunan problem ədalətli şəkildə öz həllini tapacaq. Mövzu diqqətimizdədir. Qerar.az Geri qayıt |