Əsas Səhifə > Ölkə, Manşet > Məcnun müəllim bu faktlara BİR GÖZ ATSA...

Məcnun müəllim bu faktlara BİR GÖZ ATSA...


5-05-2023, 09:30
Məcnun müəllim bu faktlara BİR GÖZ ATSA...
DİA.AZ: - Artıq bir neçə gündür ki, Zərdab Rayonu Dəkkəoba kəndində yaşayan Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən DİA.AZ-a göndərilən faktları təqdim etməkdəyik ki, bu faktların geniş rezonansa nədən olduğu sözlənilir.

ƏVVƏLKİ YAZI BURADA: `Azəraqrar` MMC-də DÖVLƏT ADINA RƏSMİ QARƏT... - BU DA FAKT!!!

DİA.AZ bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi, Zərdab Rayonu Dəkkəoba kənd sakini Şəmsi Əhmədov Fazəddin oğlu yeni faktları təqdim edir: "Kənd Təsərrüfatı Nazirliyinin internet saytının Suvarma qrafiki bölməsində Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində olan Azəraqrar MMC -nin direktoru Abbasov Fəda Qabil oğlunun adına Zərdab Rayonu Bəyimli Qəsəbəsi ərazisində 800 hektar arpa, 50 hektar yonca ,250 hektar pambıq əkini suvarma üçün növbəyə alınmşdır. (Su istehlakçısı üçün hər on günlükdən ən çoxu 3 (üç) gün əvvəl "Azmelsutəsərrüfat" ASC-nin yerli bölməsinin telefon nömrəsinə zəng etməklə suyun verilmə tarixi və saatı barədə məlumat əldə etmək imkanı yaradılır.

Suvarma qrafikində dəyişiklik edilməsi zərurəti yarandıqda, bütün tərəflərin imzası ilə təsdiqlənməklə yeni qrafik tərtib olunur və yuxarıda göstərilən qaydada dərc olunaraq tətbiq edilir.)Statistikaya əsasən Zərdabda bu ilin arpanın məhsuldarlğı 32.6 sentner ,qiyməti isə hər tonu üçün minimum 400 manat olub. Bu hesabla təkcə arpa məhsulundan əldə olunmuş vəsait 1043200 (bir milyon qırx üç min iki yüz manat)proqnozlaşdırılır.Pambıq məhsuldarlığı bu il Zərdabda 30 sentner ,hər ton pambığın qiymətinin 920 manat olduğunu nəzərə alsaq pambıqdan əldə olunan məbləğ 690000(altı yüz doxsan min manat)proqnozlaşdırılır.Amma nə MKT nə də P-aqro filiallarına Abbasov Fəda Qabil oğlu adına pambıq təhvil verilməsi bardə məlumat yoxdur.50 hektar yoncaadan gəlir ən azından 150000(yüz əlli min )manat proqnozlaşdırılır.Zərdab rayon İcra hakimiyyəti tərəfindən torpaq sahəsi icrəyə verilmiş vətəndaşlar arasında Abbasov Fəda Qabil adında icarəçi olmadıından həmin vətəndaşın əkinləri Azəraqrar MMC-nin ərazisində əkdiyi ehtimal edilir. 1100 hekta dövlət torpağına görə ödənilməli olan vəsait hara ödənilib ,və ya ödənilibmi?tək bir ildə bir rayondan 2000000(iki milyon)manata yaxın vəsait qazanan adam hansı xidmətlərinə görə bu imtiyazlara sahibdir.Məsələnin araşdırılması xahiş olunur. bu yazı Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan suvarma qrafiki və rayonlar üzrə əkin və məhsuldarlıq statistikasına əsasən yazılıb".

Məcnun müəllim bu faktlara BİR GÖZ ATSA...
Məcnun müəllim bu faktlara BİR GÖZ ATSA...

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt