Əsas Səhifə > Ölkə, Manşet > "Alış-veriş edərkən düşünün ki, həm pulunuz getməsin, həm də əsəbləriniz..."

"Alış-veriş edərkən düşünün ki, həm pulunuz getməsin, həm də əsəbləriniz..."


29-04-2023, 11:31
"Alış-veriş edərkən düşünün ki, həm pulunuz getməsin, həm də əsəbləriniz..."
DİA.AZ: - "Şikayətim pulu alıb 2 gün keçməsinə baxmayaraq, hələ də malı göndərməyən "İrşad" mağazalar şəbəkəsindəndir..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Hafiz Süleymanov adlı istifadəçi giley edir.

"Alış-veriş edərkən düşünün ki, həm pulunuz getməsin, həm də əsəbləriniz..."

Daha sonra narazı vətəndaş yazır: "Əsas da "28 May"da yerləşən magazaları...

Srağagün nəgd qiymətə aldıgımız printeri "sabah gün ərzində sizdə olacaq" demələrinə baxmayaraq nə maldan xəbər var, nə "İrşad"dan...

"Qaynar xətt"lərinə də zəng vurursan, deyirlər, səbrli olun... Bu gun zəng vurmuşuq, deyirlər, əlaqə saxlayacaqlar... Amma hələ də bir şey yoxdur ortada...

Nəysə alanda çox fikirləşin ki, həm pulunuz getməsin, həm də əsəbləriniz...

Operativlik sıfırdır... Müştəri məmnuniyyəti sıfırdır".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt