Əsas Səhifə > Ölkə, Manşet > Vüqar Kərimovun MEŞƏ BİZNESİ...

Vüqar Kərimovun MEŞƏ BİZNESİ...


14-04-2023, 10:45
Vüqar Kərimovun MEŞƏ BİZNESİ...
Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəsul Quliyev Ekologoya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun yaxın kadrlarındandır. Beləki bu şəxs ixtisasca qeyri-meşəçi və təqaüddə olan hərbi komissardır.
Görünür Rəsul Quliyev hərbi komissar işlədiyi dönəmdə hərbi çağrışçılarla yaxşı alış-veriş etdiyi üçün, rüşvət almağın yolların çox gözəl bilir.

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində istirahət mərkəzi olan Azər Qəniyev adlı bir vətəndaş sahibi olduğu istirahət-rekreasiya mərkəzinə müqavilə bağlamaq (və yaxud vaxtın artırmaq) üçün, ondan 1000 manat rüşvət istəyiblər, o isə Mərkəzin direktoru Rəsul Quliyevə 500 manat çatdırıb. Amma onun istirahət mərkəzinə hələ də müqavilə bağlanmayıb.

Redaksiyamıza daxil olan bir videogörüntülü səs yazısında məlum olur ki, Azər Qəniyev sözügdən müqavilə ilə bağlı Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşələrin mühafizəsi üzrə baş mühəndis Azər Qarayevə zəng vurur. Azər müəllim isə ona bildirir ki, əsas yuxarıdır (nazirlikdir), yəni onların "dolya"sı çatmasa, heç vaxt müqavilə bağlamazlar. Səs yazısında belə aydın olur ki, müqavilə bağlamaq üçün yuxarıya gərək 2500-3000 manat "şirinlik" verilsin.

P.S. Nazirlikdə bu "müqavilə biznes"i bir başa Vüqar Kərimovun "bığ"ının altından keçir.
//Azerinfo..az//


Geri qayıt