Əsas Səhifə > Ölkə, Manşet > Azərbaycan Ukraynada baş verən hadisələrin harasında yerləşir?

Azərbaycan Ukraynada baş verən hadisələrin harasında yerləşir?


25-01-2014, 13:01
Azərbaycan Ukraynada baş verən hadisələrin harasında yerləşir?
DİA.AZ: - Ukraynada vəziyyət tamamən uruscadır, desək, yanılmarıq. Rusiya ilə Avropanın Ukrayna uğrunda savaşı artıq qan tökülməsinə qədər inkişaf edib. Halbuki bu prosesləri, proseslərin məhz bu məcraya yön alacağını DİA.AZ-ın araşdırma qrupu olaraq zamanında proqnozlaşdırmışdıq. Və bildirmişdik ki, Rusiya Ukraynadan asanlıqla vaz keçəsi deyil və hətta lazım gələrsə, qan tökülməsinə də gedər.

Elə bunu Avropada oturanlar da yaxşı anlayırlar. Və maraqlarını sonna qədər müdafiə etmək qərarını verən avropalalır Ukraynaya qarşı müxtəlif təzyiq rıçaqlarını işə salmaqla, prosesi öz xeyirlərinə dəyişməkdə eyni dərəcədə - Rusiya qədərində israrlı olduqlarını nümayiş etdirirlər.

Kim qalib gələcək?

Hər halda, bu sualı yersiz də hesab etmək olar. Çünki hər kəs yaxşı bilir ki, Avropanın Ukraynada qələbə qazanması imkansızdır və əgər bu, baş verərsə, o zaman Rusiyanın bu ölkəyə hərbi müdaxilə qərarı belə çıxa bilər. Yəni Rusiya Ukraynaya bir başqa gözlə baxır. Ukrayna Rusiyanın ümumi geopolitik dəst-xəttində mühüm bir yeri tutur. Necə ki, Azərbaycan regionda döyüşən hər iki tərəf üçün, həm Avropa və həm də Rusiya üçün mühüm enerji təhlükəsizliyi məntəqəsi hesab olunur, eləcə də Ukrayna vacib bir məkan olaraq Avropa və Rusiyanın maraq mərkəzindədir.

Azərbaycan Ukraynada baş verən hadisələrin harasında yerləşir?

Kimin qalib gələcəyinə gəlincə isə Rusiyanın sonuncu qələbə badəsini içəcəyi şəkksizdir. Ukrayna uğrunda Rusiya sonna qədər çarpışacaq. Və nəzərə alınmalıdır ki, Putinin Rusiyası tamam fərqli bir mahiyyətdədir. Və Ukrayna o zaman Avropa ilə eyni sırada dayanacaq ki, bu dəyişiklik Rusiyanın öz daxilində baş versin. Yəni Rusiya azad olmadan, Ukraynaya azadlıq görünmür.

Hadisələr hara aparır?

Bu gün hadisələrə nəzər yetirdikdə görünəni odur ki, münasibətlərin güc yolu ilə həlli qaçılmaz olacaq. Yəni Ukraynada daha böyük qanlar tökülə bilər. Avropada düşünürlər ki, şərqli avtoritarlardan fərqli olaraq kifayət qədər kübar görünən qərbli avtoritarlar töküləcək qanın qarşısında mülayimləşirlər. Amma bunun belə olmadığını sübutlayan bir nümunə var: BELORUSİYA…

Yəni artıq bir Belorusiya və elə həm də Rusiyanın özü nümunə şəklində ortadadır ki, bu gün Ukraynada baş verənlərin sonucunda Yanukoviçi qaçan görməyəcəyik. Avropa əgər buna ümid edirsə və bütün hesablamalar bunun üzərində qurulubsa, Yanukoviçin nisbətən mədəni Bəşər Əsəd olmasının fərqinə varmalıdır.

Azərbaycan Ukraynada baş verən hadisələrin harasında yerləşir?

Azərbaycana bunlardan nə?

Təbii ki, bizim üçün mühüm olanı bu proseslərin Azərbaycana hansısa formada təsir edib-etməməsidir. Və görüntüdə olanı odur ki, Azərbaycanın mövqeləri hadisələrin istənilən şəkildə inkişafı şəraitində belə güclənəcək. Yəni Rusiya Ukraynada qalib gələcəyi təqdirdə də Azərbaycan üçün sərfəli fürsətlər yaranır, Rusiyanın yeniləcəyi təqdirdə də… Hər iki halda Azərbaycanın bazarlıq üçün manevr sahəsi genişlənəcək.

Artıq hər iki tərəf Azərbaycan uğrunda daha ciddi və daha əzimli mübarizəyə girişəcək. Çünki Rusiyanın əlindən alınacağı təqdirdə Ukrayna üçün Azərbaycan bir enerji nəfəsliyi rolunu oynaya bildiyindən, ölkəmiz Avropa üçün daha da çox əhəmiyyətə minəcək. Eynilə Rusiya üçün də Azərbaycan bir o qədər əhəmiyyətli olacaq.

Əks halda, yəni Rusiyanın Ukraynada qələbə qazanacağı təqdirdə belə - daha çox görünəni də budur - Azərbaycan uğrunda mübarizə daha da güclənəcək. Çünki bu zaman Azərbaycan Avropa üçün əlahiddə əhəmiyyətə malik olacaq. Və bu şəraitdə Ukraynadakı mövqelərini əldən vermiş Avropanın eyni şəkildə Gürcüstanı da itirməməsi üçün Azərbaycan xüsusmi əhəmiyyətə malikdir.

Sonuc…

Hələlik son deyil. Hadisələr başlayıb. Biz isə seyr edirik. Doğrudur, Ukraynada münasibətlər Suriyadakı kimi çözülmür. Amma eyni aqressiya var. Və bu da istənilən halda radikal addımları ortaya çıxaran bir haldır.

DİA.AZ - Analitik qrupu

Geri qayıt