Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Mikayıl Cabbarov böhrandan çıxış üçün radikal addımlara əl atır

Mikayıl Cabbarov böhrandan çıxış üçün radikal addımlara əl atır


23-01-2014, 10:55
Mikayıl Cabbarov böhrandan çıxış üçün radikal addımlara əl atır
DİA.AZ: - Son günlər saxta diplom qalmaqalının aktuallıq qazandığı bir ərəfədə təhsil naziri Mikayıl Cabbarov islahatlar aparmaq qərarını verib. Bu barədə DİA.AZ-a təhsil nazirliyindəki qaynaqlardan öütürülən informasiyada bildirilir.

Xəbərdə deyilir ki, Mikayıl Cabbarov məhz saxta diplomlu təhsil işçilərinin müəyyənləşməsi üçün tədbirlər planının hazırlanması barədə göstəriş verib: «Keçən il müəllimlərin bəziləri attestasiyadan keçirildi və yüzlərlə müəllim diplomlarının saxta olması səbəbindən işdən azad olundular. Bu gün isə təkcə müəllimlərin yox, təhsil sahəsində çalışanların, hətta təhsil idarəsi müdirlərinin belə diplomlarının müvafiq qaydada təftişi nəzərdə tutulub».

Bu arada TN-dəki qaynaq həm də «Misir Mərdanov ənənənəsinə» sədaqət nümayiş etdirən bəzi təhsil idarəsi rəhbərlərinin də yaxın günlərdə işdən azad olunacağaqlarını bildirdi: «Artıq Beyləqan təhsil idarəsinin müdiri Tofiq Sadıqovun əmri hazırdır. Eyni zamanda daha 8 rayonun təhsil idarəsilə bağlı anoloji qərarın verilməsi gözlənilir».

Geri qayıt