Əsas Səhifə > Ölkə, Manşet > Ziya Məmmədovun dəstəyi də Abbas Abbasova yetərli olmadı
Ziya Məmmədovun dəstəyi də Abbas Abbasova yetərli olmadı10-01-2014, 14:48 |
DİA.AZ: - Azərbaycan baş nazirinin keçmiş müavini, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «Azərros» Ağsaqqallar Şurasının rəhbəri, «AST» şirkətlər qrupunun vitse-prezidenti Abbas Abbasovun Azərbaycana gəlmək istədiyi barədə məlumat hələ yeni ildən əvvəl yayılmışdı. İndi isə anlaşılanı odur ki, Abbas Abbasov Azərbaycana gələsi olmadı. Daha doğrusu, gəlməsi mümkün olmadı. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr xəbər ötürüb. Əldə etdiyimiz informasiyalara görə, baş nazirin sabiq müavini rəsmi Bakının izni ilə Azərbaycana gəlmək istəyirdi. Məlumatlı mənbənin söylədikləri: «Amma ona konkret şəkildə rədd cavabı verilib. Təbii ki, Abbas Abbasovun Azərbaycana gələcəyi təqdirdə ona kimsə nəsə deməyəcək. Yəni onun barəsində heç bir hüquqi təqib yoxdur. Hətta hazırda həbsdə olan Prezidentin İcra Aparatının sabiq əməkdaşı Akif Muradverdiyevin işi ilə bağlı yaranmış qalmaqalda da Abbas Abbasov suçlu tərəf kimi nişan verilmədi. Halbuki əvvəlindən miqyasın genişləndirilməsi ideyası var idi». Mənbəmiz bildirir ki, amma buna rəğmən Abbas Abbasov Bakıda bir sıra mühüm simalarla görüşlər keçirmək istəyirmiş: «O, həm də cibində deputat mantadı daşıyan oğlunun da taleyindən narahatdır. İstənilən halda Aydın Abbasov atasına bir təzyiq vasitəsi kimi qəbul olunur. Təsadüfi deyil ki, Abbas Abbasovla rəsmi Bakının münasibətlərinin gərildiyi vaxt mətbuatda «Hakimiyyətin əlində Abbas Abbasovun oğlu kimi bir girov var» ifadəsi də işlənildi. Yəni belə bir şəraitdə Abbas Abbasova Bakı ilə dil tapmaq bir nömrəli vacib hadisədir». Amma yenə də baş nazirin keçmiş müavininin niyyətinin baş tutmadığını bildirən mənbə iddia edir ki, məlum səbəbdən Abbas Abbasov Bakıya gələ bilməyəcək. Bu arada Abbas Abbasovla bağlı maraqlı bir informasiya da əldə etmişik. Məlumdur ki, onun Azərbaycanda bir sıra vəzifəli şəxslərlə dostluq əlaqələri var. Həmin məmurlardan biri də nəqliyyat naziri Ziya Məmmədovdur. Bilgili qaynağın iddialarına görə Ziya Məmmədov «Milyarderlər İttifaqı»nın prezidenti ilə dostluq əlaqələrini hətta Abbas Abbasovun Bakıya qarşı bəyanatlar verdiyi zaman da davam etdirib və bu gün də həmin münasibətlər qorunub saxlanılmaqdadır. Aldığımız informasiyaya görə, Abbas Abbasovun Bakıya nəzərdə tutulan son səfər niyyətiylə bağlı araçılığı da elə NN şefi boynuna götürübmüş. Amma alınmayıb. Geri qayıt |