Əsas Səhifə > Ölkə, Manşet > Bakı metropolitenindeə vəziyyət FHN-dəkindən DAHA BETƏRDİR...
Bakı metropolitenindeə vəziyyət FHN-dəkindən DAHA BETƏRDİR...7-10-2022, 10:40 |
Mən sizin bütün faktlarnızı bilirəm, Bakı metropolitenini əxlaqsız yuvasına döndərmisiniz. Özünüz də Fövqəladə Hallar Nazirliyində baş verənlərə gülürsünüz. Amma burada vəziyyət ondan da betər gündədir. Bunlardan metropoliten rəisinin xəbəri var? “Azərbaycan Reallığı” xəbər verir ki, bu sözləri Bakı metrosunun Ulduz stansıyasında təmizlikçi işləyən və hal-hazırda qanunsuz olaraq işdən azad olunmuş Xanbabayeva Sevil deyib. O, jurnalistlərdən onun başına gətrilən haqqsızlıqın ictimailəşdirilməsini xahiş edib. O videoçıxışı zamanı qeyd edir ki, metroda 10 işçinin 9-nu Rafel adlı şəxsın 3 millyonluq bağına göndərirlər, orada onun dəyəri yüzminlərlə olan ağaclarını əkib-becərirlər. Bir ağacın qiyməti 4 min manatdır. Mən süpürgəçi işləyirəm, əzab-əziyyətlə övlad böyüdürəm, indi də süpürgəmi əlimdən almaq istəyirlər. Bu işdə məni çox görürlər. Bir işçi 3-4 adamın işin görür, amma işçiyə dəyər vermirlər. Mən bilmirəm bunlara nə etmişəm. Mənə zülüm edirlər, səsmi çıxara bilmirəm ki, bala böyüdürəm, bala oxuduram, bütün övladlarmın yükü mənim çiynimdədir. Gedib-gəlib məni şantaj edirlər. Xahiş edirəm bütün jurnalistlərdən və qələm əhlindən. Mənə kömək edin, çıxılmaz durumdayam deyə sonda Sevil Xanbabayeva bildirib “Azərbaycan Reallığı” Geri qayıt |